Accessibility links

Amerika səfiri Azərbaycanda azad mətbuatın şərəfinə ziyafət təşkil edib


ABŞ-ın Azərbaycandakı səfiri bu gün azad mətbuatın şərəfinə ziyafət təşkil edib.

Səfir Enn Dersi ziyafətdə iştirak edən jurnalistləri, redaktorları, foto reportyorları, kameramanları, veb saytların redaktorlarını, reklamla məşğul olanları, korrektorları, mətbəə işçilərini, qəzetlərin satışı ilə məşğul olanları və kiosklarda çalışanları, bir sözlə Azərbaycanda qərəzsiz və düzgün məlumatın və azad düşüncə və demokratik müzakirələrin təmin olunması sahəsində işləyən bütün insanları alqışlayıb. O bu sıraya həmçinin Yuotubda məlumatları yerləşdirən və müzakirələr üçün yeni imkanlar yaradan blogerləri də daxil etdiyini deyib.
Xanın Dersi bildirib ki, jurnalist işi asan deyil.

“Hər bir yerdə jurnalist olmaq çətindir. Lakin elə yerlər var ki, orada jurnalist olmaq xüsusi çətinlik təşkil edir. Elə yerlər var ki, orada müstəqil jurnalistika qəbul olunmuş qayda deyil, bir istisna formasını alıb. Elə vəziyyətlər yaranır ki, iqtisadi və siyasi maraqlar medianı idarə etməyə başlayır və vacib məqalə yazanlar qərəzli münasibətlər, məhkəməyə çağırışlar, fiziki hücumlar, həbs halları və hətta ölümlə üzləşir”.

Səfir həmçinin bu yay ölkəni tərk edəcəyini deyib. “Azərbaycanı tərk etməyə hazırlaşdığım bir vaxtda sabahın jurnalistlərini alqışlamaq istəyirəm. Azərbaycanda olduğum üç il ərzində jurnalistlərin işlərinə bağlılığını müşahidə etmişəm və inanıram ki, gələcəyin jurnalistləri Azərbaycanda dəyişilmiş demokratik ictimaiyyətin bir hissəsi olacaq. Yeni azad mətbuat iqtisadi cəhətdən müstəqil və nəzarətdən, siyasi təsirlərdən və iqtisadi məhdudiyyətlərdən azad olacaq. Yeni azad mətbuat dövlət rəsmiləri ilə təmasda olmaq üçün imkanlara malik olacaq və hökumət məmurları onu başa düşəcəklər ki, dövlət qulluqçuları olduqlarına görə onlar mətbuata açıqlamalar vermək məsuliyyəti daşıyır”.

Onun sözlərinə görə, ötən həftə prezident Obama xanım Dersinin namizədliyini ABŞ-ın Litvadakı səfiri vəzifəsinə irəli sürüb. “ABŞ illər boyu Azərbaycanın tərəfdaşı olacaq. Mən isə ömrümün sonuna qədər Azərbaycan xalqının dostuyam. Bu gözəl ölkə məni çox təsirləndirib”.


XS
SM
MD
LG