Accessibility links

Azərbaycanda McDERMOTT şirkətinin iki min işçisi tətil edib


Amerikanın McDERMOTT şirkətinin iki mindən çox Azərbaycan vətəndaşı olan işçisi əmək haqlarının artırılması, əmək şəaritinin yaxşılaşdırılması, yerli qanunlara hörmət edilməsi, xarici işçilərlə yerli işçilərin eyni işə görə əməklərinin qiymətləndirilməsində ayrıseçkiliyə son qoyulması tələbi ilə bir günlük xəbərdarlıq tətili keçirib. Fəhlələr şirkətin fəaliyyət göstərdiyi Dərin Dəniz Özülləri zavodnun ərazisində keçirdiyi mitinqdə bəyan ediblər ki, xəbərdarlıq tətilinin təsiri olmazsa müddətsiz tətilə başlayacaq. Mitinqdə çıxış edən İrşad-Kamal Bağırov McDERMOT şirkətini Azərbaycanın qanunvericiliyinə, konstitusiyasına hörmət etməyə çağırıb. Öz növbəsində, McDERMOT şirkətinin meneceri Aleks Valen jurnalistlərə bildirib ki, əməkçilərin tələblərinə baxılacaq. «Bu şikayətlərə baxılacaq. Hazırda heç nə deyə bilmərəm» Qeyd edək ki McDERMOT şirkəti BiPi şirkətinin podaratçısıdır. Bi-Pi şirkətinin mətbuat xidmətinin rəhbəriə Tamam Bayatlı Amerikanın səsi radiosuna bildirib ki, fəhlələrin tələbləri McDERMOT şirkətinin rəhbərləiyi tərəfindən qəbul olunub. Azərbaycan prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə Amerikanın səsi radiosuna əməkçilərin tələblərinin hökumət tərəfindən öyrəniləcəyinə söz verib. Neftçilərin hüquqlarını müdaifə cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı əməkçilərin tələblərini haqlı hesab edir. Onun fikrincə, fəhlələrin etirazı cəasızlıq sindromunun nəticəsidir. Müstəqtil ekspertlər də xarici şirketlərdə çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulduğunu bildirir. Onların fikrincə, Azərbaycan hökuməti öz vətəndaşlarının hüquqlarını qorumağa borcludur. Turan İnofrmasiya Agentliyinin enerji bülleteninin redaktoru İlham Şaban. Ekspert bu günki etiraz aksiyasını Azərbaycanın neft sənayesində ilk mütəşəkkil tətil hərəkatı kimi qiymətləndirir. Onu da qeyd edim ki, ABŞ-ın McDERMOT tikinti-servis şirkəti 1995-ci ildən Azərbaycanda işləyir. Şirkət Bi-Pi şirkətinin həyata keçirdiyi bir çox layihələrdə baş podaratçı kimi çıxış edir. McDERMOT Azərbaycanda sualtı boru kəmərlərinin, hasilat platformalarının montajı, tikintisi və quraşdırılması ilə məqğuldur. Həyata keçirdiyi laiyihələrin ümumi dəyəri 500 milyon dollardan çoxdur. Şirkətdə 3 mindən çox yerli işçi çalışır.
XS
SM
MD
LG