Accessibility links

Azərbaycan parlamentinin payız sessiyası işinə başlayıb


Azərbaycan Milli Məclisinin payız sessiyası açılıb.
İlk iclasda deputatlar müxtəlif təkliflərlə çıxış edib. Deputatın diqqətində olan məsələlər paytaxtda tikinti və kommunkasiya qurğularının pis vəziyyəti, təhsil, Ermənistan-Azərbaycan münaqişəsi, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlar olub.
Deputat Eldar İbrahimli Naxçıvan TV-nin bütün ölkədə yayımlanmasını təklif edib. Onun fikrincə, blokada şəraitində yaşayan naxçıvanlıların problemləri ölkə əhalisinə çatdırılmalıdır.
Deputatlar həbsdə olan jurnalistlər və blogerlərin azadlığa buraxılmasını istəyib. Deputat Cəmil Həsənli hakimiyyətə jurnalistlərə qarşı cinayət işləri qaldırmağa “kömək edən” təxribatçılara etirazını bildirib.
Parlamentin payız sessiyasının iş planında aşağıdakı qanun layihələri durur: 2010-cu il dövlət büdcəsi paketi, “Şəhərsalma Məcəlləsi”, “Tikinti Məcəlləsi”, “Rəqabət haqqında Məcəllə”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında”, “Azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Qeyri-bank kredit təşkilatları haqqında”, “Dövlət tələbatı məqsədilə torpaqların müsadirə olunması haqqında”, “Pambıqçılıq haqqında”, “Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən məcburi sığorta haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlanması haqqında”, “Ali təhsil haqqında”, “Kəşflərin hüquqi müdafiəsi haqqında”.


XS
SM
MD
LG