Accessibility links

Azərbaycan məhkəməsi iki jurnalisti həbs edib


Səbael rayon məhkəməsi "Avropa və biz" məqaləsinin müəllifi, publisist Rafiq Tağını üç il, «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunu isə dörd il müddətinə azadlıqdan məhrum edib. Hər iki jurnalist dini ədavəti qızışdırmaqda ittiham olunub. Bir qrup dindar Rafiq Tağının «Avropa və biz» yazısında Məhəmməd peyğəmbərin təhqirinə yol verildiyini iddia edir. Cənab Tağı son sözündə bildirib ki, özünü təqsirli bilmir və heç kimi təhqir etmək istəməyib. Məqalədə deyilənlər onun şəxsi fikridir və onu heç kimə bağlamayıb. O fikrini konstitusiyaya istinad etməklə əsaslandırıb. Qəzetin redaktoru Samir Sədaqətoğlu həmçinin özünü təqsirli bilməyib və deyib ki, insanı fikrinə görə mühakimə etmək olmaz. Qeyd edim ki, məhkəmədə çoxsaylı jurnalistlər, hüquq müdafiəçiləri və bir sıra səfirliklərin nümayəndələri və dindarlar iştirak edib. ABŞ səfirliyinin müşaviri Rebeka Naslind məhkəmə hökmündən sonra ölkəsinin söz azadlığını dəstəklədiyini bəyan edib
XS
SM
MD
LG