Accessibility links

Apellyasiya məhkəməsi «Azadlıq», «Bizim yol» qəzetlərinin, «Turan» agentliyinin və AXCP-nin şikayətini təmin etməyib     


«Azadlıq" qəzetinın, «Turan» agentliyinin, AXCP-nin və "Bizim yol" qəzetinin 1 nömrəli iqtsiad məhkəsində həmin təşkilatların Xaqani küçəsi 33 ünvanında yerləşən binadan çıxarılması barədə ötən il noyabrın 24-də çıxardığı qərardan apellyasiya şikayətinə baxılıb və qərar qüvvədə saxlanıb. Məhkəmə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin adları sadalanan təşkilatların 1992-cir ildən fəaliyyət göstərdikləri binadan çıxarılması ilə bağlı iddiasını əsaslı sayıb. Məhkəmə hesab edir ki, binanın icarə müqaviləsi olmadığından və icarə haqqı ödənmədiyindən orada yerləşən təşkilatlar çıxarlımalıdır. «Azadlıq» qəzeti isə Bakı şəhər İcra Hakimiyyətinin 1992-ci il qərarını nümayiş etdirib. Qərara görə, bina əvəzsiz və müddətsiz olaraq «Azadlıq» qəzetinin istifadəsinə verilib. Vəkillər məhkəmənin qərarını siyasi sifarişli adlandırıb. Onların fikrincə, məhkəmənin qərarına binada müxalifət partiyasının və müxalfiyönümlü qəzetin yerləşməsi səbəb olub. Vəkil Tofiq Quliyev Azərbaycanda məhkəmə instansiyalarını keçdikdən sonra həmin təşkilatların Avropa İnsan Haqları məhkəmsinə müraciət edəcəyini bildirib. Onun fikrincə, hakimiyyətin mətbuata və müxalifətə qarşı belə mövqeyi Avropa İnsan Haqları Konvesiyasına ziddir.
XS
SM
MD
LG