Accessibility links

Azərbaycanda Sovet Ordusundan qalan mərmi partlayıb, ölənlər var 


Bu gün Qazax-Aqstafa sərhəddində güclü partlayış baş verib. Aqstafa rayonunun baş memarı Sənan Mustafayev bildirib ki, partlayış metal yığımı müəssisəsində baş verib. İlkin məlumatlaragörə, hadisəyə metal tullantısı kimi gətirilən mərminin partlaması səbəb olub. Yerli sakinlərin sözlərinə görə, işçilər toplanmış metal tullantılarını sındırdıqdan sonra baş verib. Partlayış nəticəsində hadisədən 10 km. aralıdakı yaşayış binaları zərərçəkib. Aqstafa şəhərində əksər tikililərin şüşələri sınıb. Yerli sakinlərin sözlərinə görə, ən azı 5 nəfər həlak olub, onlarla yaralı var. 1990-cı ilin ortalarında Aqstafa rayonunun Saloğlu kəndində keçmiş sovet ordusunun hərbi sursat anbarında partlayış baş verib. Anbarda saxlanılan hərbi sursat qalıqları bütün ətrafa yayılıb və indiyədək təmizlənməyib.
XS
SM
MD
LG