Accessibility links

Azərbaycan məhkəməsi «Azadlıq» qəzetini və politoloqu cərimələyib


Səbael Rayon Məhkəməsi Daxali İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanovun "Azadlıq" qəzetinə və politoloq Zərdüşt Əlizadəyə qarşı iddiası üzrə qətnamə qəbul edib. Hakim Alim Namazov iddianı qismən təmin edib. O, qəzeti və politoloqu 5 min manat cərimələyib, Halbuki, iddiaçı onların hər birinin 50 min manat cərimələnməsini tələb edirdi. Zərdüşt Əlizadə «Azadlıq» qəzetinə müsahibəsində DİN-in Baş Narkoitklə Mübarizə idarəsinin yüksək vəzifəli əməkdaşlarının narkodiler kimi narkobizneslə məşğul olduğunu deyib. Politoloq məhkəmənin qətnaməsi ilə razı deyil və «Amerikanın səsi» radiosuna bildirib ki, appelyasiya qaydasında şikayət verəcək. Media Hüquqları institutunun direktoru Rəşid Hacılı məhkəmənin qətnaməsini ifadə azadlığına qarşı sayır. O başçılıq etdiyi qurumun Zərdüşt Əlizadəni və «Azadlıq» qəzetinin sonadək müdafiə edəcəyini bildirib.
XS
SM
MD
LG