Accessibility links

Metyu Brayza:«Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi kompromisə daha yaxındır»


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Yerevanda bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli 1975-ci il tarixli Helsinki yekun aktının əsas prinsipləri çərçivəsində siyasi kompromisə regiondakı bütün digər münaqişələrdən daha yaxındır. «ATƏT-in Minsk qrupu həmsədrlərinin prosesin yekun nəticələrini qabaqlamadan əsas yanaşmalar təklif edəcək formulu var. Nizamasalmanın bu qədər yaxın olması münaqişənin həlli demək deyildir. Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Sankt-Peterburqdakı görüşü nəticəsiz qalmışdır, lakin bu, danışıqlar prosesinin başa çatması demək deyildir. Hazırda tərəflərin nəzərdən keçirdikləri maraqlı ideyalar var»-deyə o qeyd edib.
XS
SM
MD
LG