Accessibility links

Azərbaycanın Milli Birlik Hərəkatının lideri deputat mandatından imtina edib


Müxalfətdə olan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət seçkilərin total saxtalaşdırılmasına etiraz olaraq Milli Məclisin deputatı mandatından imtina edib. Xanım Şövkət bu günki mətbuat konfranısnda bildirib ki, artıq imtina ilə bağlı MSK-ya müraciət də göndərib. Milli Birlik Hərəkatının lideri seçicilərinə minnətdarlıq bildirib və yalnız mandat uğrunda mübarizə aparmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, müxalifətin Milli Məclisin işində iştirak etməsinin mənası yoxdur. Xanım Şövkətin fikrincə, «Azadlıq» bloku və Milli Birlik hərəkatının ən azı 60 namizədi parlament seçkilərində qalib gəlib. Milli Birlik Hərəkatının lideri Müsavat Partiyasının Milli Məclisin işində iştirak ehtimalına da toxunub. İqtidarda olan Yeni Azərbaycan partiyası isə xanım Şövkətin mandatdan imtina etməsini onun öz seçimi olduğunu bildirir. Partiyanın Siyasi Şurasının üzvü Aydın Mirzəzadə «Azadlıq» blokunun seçkilərdə 60 deputatı mandatı qazanması barədə deyilənləri də təkzib edib. Yeri gəlmişkən bildirim ki, Mərkəzi Seçki Komissiyası Azadlıq blokunun müdafiə etdiyi 7 nəfəri qalib elan edib. Onlar isə indiyədək paralmentin işində iştirak etmir.
XS
SM
MD
LG