Accessibility links

Bank Milli İranın Bakı şöbəsinin əməliyyatlarına nəzarət rejimi ciddiləşdirilib


BMT İranın nüvə proqramı ilə bağlı iki sənəd qəbul edib. Onların əsasında beynəlxalq birlik siyahısı müəyyən olunmuş obyektlərə qarşı müəyyən addımlara dəvət olunub. Azərbaycan da beynəlxalq icmanın üzvü kimi BMT-nin sənədlərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Bu barədə Azərbaycan Milli Bankı idarə heyəti sədrinin müavini Rüfət Aslanlı "Amerikanın səsi" radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bank Milli İranın fəaliyyətinin dayandırılması məsələsi BMT-nin qətnamələrində qoyulmayıb. "BMT qətnaməsində Bank Milli İranın müəyyən növ əməliyyatlarına nəzarət rejiminin ciddiləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulub. O da Azərbaycan Milli Bankı tərəfindən həyata keçirilir".

XS
SM
MD
LG