Accessibility links

Azərbaycan Avropa İttifaqı ölkələrinə yalnız mineral yanacaq ixrac edir


Avropa İttifaqının Qonşuluq Siyasətinin 2008-ci ildə İcrasına dair Avropa Komissiyanın Avropa Parlamentinə və Şuraya müraciət edib. Müraciətdə Ermənistan, Azərbaycan, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Mərakeş, Moldova, işğal olunmuş Fələstin əraziləri, Tunis və Ukrayna üzrə fərdi ölkə hesabatları və Sektor üzrə Tərəqqi Hesabatı əksini tapıb.
Hesabatda Azərbaycan iqtisadiyyatının 2008-ci ildə kəskin artımını davam etdiyi, ümumi daxili məhsulun artımının təxminən 10.8%-ə çatdığı (2007-ci ildə 25%) bildirilir. Bu artım əsasən neft və qazın ixracı sayəsində olub. Hər halda, qeyri-neft sektoru güclü maliyyə stimullarına cavab verib, 15.7% artmış, nəticədə tikinti, xidmət və kənd təsərrüfatı geniş şəkildə inkişaf edib. İqtisadiyyatın çoxşaxəli inkişafı ölkənin uzun müddətli inkişafı baxımından əhəmiyyətli olacaq.
Avropa İttifaqı tədricən Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib (Azərbaycanın ümumi xarici ticarətinin təxminən 30%). “2008-ci ildə Aİ ilə ikitərəfli ticarətin ümumi dövriyyəsi €12.6 milyarda çatıb, Azərbaycanın Avropa İttifaqına ixracı €10.55 milyard olub (ixrac yalnız mineral yanacaqdan ibarətdir) və Avropa İttifaqının ixracı €2 milyard olub (əsasən maşın və nəqliyyat avadanlığı, o cümlədən onların hazırlandığı əsas metallar, məhsullar və kimyəvi maddələr). Azərbaycan 2009-2011-ci illər üzrə davamlı inkişaf və yaxşı idarəçilik üçün xüsusi təşviqedici tədbirlər sisteminə daxil edilib”-deyə sənəddə qeyd edilir.



XS
SM
MD
LG