Accessibility links

Azərbaycanda miqrantlar


Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin prezidenti Əlövsət Əliyevin dediyinə görə, Daxili İşlər Nazirliyinin məlumatına görə 50 min əcnəbi yaşayış yeri üzrə qeydiyyata alınıb. Ancaq ekspert hesab edir ki, ölkədə daha çox miqrant var. “Belə ki, hazırda Azərbaycanda 70 000-ə yaxın Gürcüstan vətəndaşı olan azərbaycanlılar, 4 000 Rusiya vətəndaşı olan çeçenlər yaşayır, 12 000 nəfər İran, Pakistan, İraq və digər ölkələrdən gələrək, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edib, digər əcnəbilərin sayı isə 25 000-ə yaxındır”.
Onun sözlərinə görə, 4 000 əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə alıb. “2008-ci ildə 8 000 nəfər miqrant statusu almaq üçün Dövlət Miqrasiya xidmətinə müraciət edib”.
Cənab Əliyev ölkədə miqrantların hüquqlarının tənzimlənməsi sahəsini əhatə edən 17 qanunun olduğunu bildirib. “Ancaq qanunlarda mürtəce dəyişiklik edilib. Azərbaycana gələn xarici ölkə vətəndaşları yalnız iki il burada yaşadıqdan sonra miqrant hüququ ala bilər. Bu miqrantlarla bağlı beynəlxalq sənədlərin fəlsəfəsinə ziddir. Miqrant statusu daha tez və daha sadə sənədləşmə ilə müəyyən edilməlidir”.
Ekspert 2 milyona yaxın Azərbaycan vətəndaşının mühacirətdə olduğunu deyib. “Azərbaycan vətəndaşları əsasən Rusiya, Türkiyə, Kanada və Avropa ölkələrində yaşayır. Son zamanlar Qazaxıstana gedənlərin sayı artmaqdadır”.

XS
SM
MD
LG