Accessibility links

Azərbaycan jurnalistləri hüquqlarının müdafiəsinə qalxıb


«Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirhzə Sakitin hüquqlarını ictimai müdafiə komitəsinin təşəbbüsü ilə "Azərbaycanda jurnalistlərin hüquqları qorunurmu?" mövzusunda forum keçirilib. Foruma tanınmış hüquq-müdafiəçiləri, jurnalist təşkilatlarının təmsilçiləri, deputatlar, ziyalılar, KİV rəhbərləri, yazıçılar, beynəlxalq təşkilatların və bir sıra diplromatik missiyaların nümayəndələri qatılıb. Çıxış edənlər ölkədə son zamanlar söz azadlığının durumunun kritik və təhlükəli həddə çatdığını xüsusi vurğulayıb. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid bildirib ki, Mirzə Sakitin hüquqlarını Rusiyalı hüquq-müdafiəçiləri və jurnalist təşkilatları da müdafiə edir. Onun sözlərinə görə, Rusiyanın tanınmış hüquq-müdafiəçisi Sergey Kovalyov da jurnalistin hüquqlarının müdafiəsinə qoşulub. Natiqlər Azərbaycanda jurnalistlərinin hüquqlarının qorunmasının lazımi səviyyədə həyata keçirilmədiyini diqqətə çatdırıb. Buna səbəb kimi bir çox jurnalist təşkilatlarının və KİV-lərin hakimiyyətin nəzarəti altına keçməsini və mətbuat rəhbərlərinin həmrəy olmamasını göstəriblər. Bundan əlavə, jurnalistlərin hüquqlarının müdafiəsi istiqamətində Mətbuat Şurasından və Redaktorlar Birliyindən gözlənilən addımların atılmaması qeyd olunub. Jurnalist Xaliq Bahadır vəziyyətdən çıxış yolunu alternativ təşkilatların yaradılmasında görür. Liberal partiyasının icraiyyə komitəsinin sədri Əvəz Temirxan son zamanlar jurnalistlərə qarşı fiziki zorakılığın artamısnda günahı mövcud rejimdə görür. Onun fikrincə, iqtidarın siyasəti söz azadlığına qarşı yönəlib və bu siyasətə əməl etməyənlər cəzalandırılır. Tanınmış hüquq-müdafiəçisi Səidə Qocamanlı hesab edir ki, beynəlxalq təşkilatlar və demokratik dövlətlər Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı təzyiq metodundan əl çəkməyə çağırmalıdır. Əgər bu baş verməzsə Deputat Pənah Hüseynin qənaətincə, jurnalistlərə təzyiqlər getdikcə daha da güclənəcək. Çünki ölkədə ümumən siyasi azadlıqlara qarşı siyasət aparılır. Deputatın fikrincə, siyasi fəallığı artırmaqla mübarizəni keyfiyyətli səviyyəyə qaldırmaq mümkündür. Hüquq müdafiəçisi Zərdüşt Əlizadə Mirzə Sakitin cibinə narkotik atılmasına qarşı mübarizə üçün maraqlı təklif irəli sürüb. Onun qənaətincə, ölkədə narkotik biznesi ilə məşğul olanları araşıdırıb mətbuatda dərc etmək lazımdır. Helsinki Vətəndaş Assambleasının həmsədri Arzu Abdullayeva təzyiqlərə məruz qalmış jurnalistlərin işini araşıdrmaq üçün alternativ jurnalist istintaq qrupunun yaradılmasını təklif edib. Onun fikrincə, alterntiv qurum öz araşdırmalarını aparıb mətbuat vasitəsilə ictimaiyyəti xəbərdar etməlidir. Çıxışlarda mətbuat Şurasının ünvanına daha ciddi tənqidlər səslənib. Şuranın jurnalistləri müdaifə etməməməsi, hökumətyönümlü siyasət aparması qeyd olunub. Nəhayətdə forum iştirakçıları iki saatlıq müzakirəlrdən sonra Azərbaycanda söz azadlığı ilə bağlı yaranmış kritik vəziyyətdən çıxış yolu olaraq yeni koalisiyanın yaranması barədə qərar qəbul edib. Jurnalistlərə son təzyiqləri nəzərə alan tədbir iştirakçıları 22 iyul Mətbuat günü bayramını "qara bayram" kimi qeyd edilməsini məqbul sayıb. Həmin gün jurnalistlər qollarına qara lentlər bağlayaraq Azərbaycan mətbuatının banisi Həsənbəy Zərdabinin, ilk müstəqil mətbatın yaradıcısı Nəcəf Nəcəfovun və 2005-ci ildə qətlə yetirlmiş Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qəbirlərini ziyarət edəcək. Forum satirik-jurnalist Mirzə Sakitin həbsdən azad olunması üçün Azərbaycan hakimiyyətinə bəyanat da ünvanlayıb.
XS
SM
MD
LG