Accessibility links

«Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakitin səhhəti pisləşib


14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakitin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Emin Hüseynovun jurnalistlə görüşünə icazə verməyib. Səbəb kimi Ədliyyə nazirliyindən icazənin olmadığını göstəriblər. Buna baxmayaraq, cəzaçəkmə müəssisəsinin nəzarətçiləri Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova və qardaşı Fərasət Zahidovdan 12 manat rüşvət aldıqdan sonra onların görüşünə icazə verib. Bu barədə Mirzə Sakitini Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Emin Hüseynov bildirib. Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova da nəzarətçilərin ondan 12 manat rüşvət aldığını Turan agentilyinə təsdiq edib. O həyat yoldaşının ağır durumda olduğunu bildirib. "Mirzə Sakitə 15 günlük karantin müddətində soyuq və qarlı havada daş karxanasında torpaq qazdırıblar. M.Sakit ürək xəstəsidir və soyuq havada ağır fiziki iş onun ürək ağrılarının daha da kritikləşməsinə səbəb olub. Hazırda M.Sakit yataqdan çətinliklə qalxır, qollarında və ayaqlarında kəskin ağrılar baş qaldırıb. Cəzaçəkmə müəssisəsində saxlanma şəraiti də ağırdır. İstilik sistemi yoxdur, sanitar vəziyyət çətindir. Məhbuslar soyuqdan qorunmaq üçün gecələr palto ilə yatağa uzanırlar". Mirzə Sakit ombudsmanı və hüquq müdafiəçilərini 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan məhbusların ağır vəziyyətinə biganə qalmamağa çağırıb. Ədliyyə nazirliyinin Penitensiar xidməti satirik-yazarın həyat yoldaşının dediklərini təkzib edib. Xidmətin məlumatına görə, 14 saylı cəzaçəkmə müəssisəsindən dustaqların daş karxanalarına çıxarılması qadağandır və heç vaxt çıxarılmır. "Sosial vəziyyətə gəlincə, dustaqların saxlandığı bütün yataq otaqları qazla qızdırılır və müəssisədə qaz var. Məhbuslara normal qaydada yemək verilir". Məlumatda deyilir ki, dustaqlar 15 günlük karantin müddətində müəssisənin daxili rejimi ilə tanış olur. "Karantində dustaqlar yalnız müəsissə daxilində abadlıq işlərinə cəlb olunur. Burada isə hər hansı torpaq qazdırılmasından söhbət gedə bilməz". Xidmətdən həmçinin Sakit Zahdovun (Mirzə Sakit) müəssisənin tibbi xidməti ilə tanış edildiyini deyiblər və o istədiyi vaxt tibbi xidmətdən istifadə edə bilər. Müdafiə komitəsinin sədri isə yalnız Penitensiar xidmətdən müvafiq icazə aldıqdan sonra Sakit Zahidovla görüşə bilər. Penitensiar xidmətdən rüşvət alınması ilə bağlı deyilənlərin araşdırılacağını və sonra cavab veriləcəyini bildiriblər. "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakit ötən il iyunun 23-də narkotik maddəniinn qeyri-qanuni saxlanması ittihamı ilə həbs olunub. Ağır Cinayətnbsp;nbsp;nbsp;İşlərinə dair Məhkəmənin qərarı ilə 3 il azadlıqdan məhrum edilib. 2006-cı il dekabrın 20-də 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Jurnalist ittihamı və məhkəmənin qərarını siyasi sifariş adlanıdırıb. O hökumət üzvlərini və yüksək vəzifəli rəsmi şəxsləri tənqid edən satirik şerləri ilə məşhurdur
XS
SM
MD
LG