Accessibility links

Bakıda dinc mitinqçilərə qarşı zorakılıq pislənir


Noyabrın 26-da Azadlıq blokunun təşəbbüsü ilə keçirilən dinc nümayişə qarşı zorakılıq yerli və beynəlxalq təşkilatlar tərəfindən pislənməkdədir. Bu gün 48 qeyri-hökumət təşkilanı birləşdirən "Azad və Ədalətli Seçkilər Uğrunda" Əlaqəçi Məşvərət Şurası zorakılığı parlament seçkiləri zamanı baş vermiş saxtakarlığa etiraz edən xalqa qarşı iqtidarın cəza aksiyası adlandırıb. Qurumun bəyanatında qəddarlığa rəvac verən dövlət məmurlarının ciddi cəzalandırılması tələb edilir. Azərbaycan İnsan Haqlarını Müdafiə Təşkilatları Federasiyası da zorakılığı əsassız sayır və Respublika Prokurorluğundan baş vermiş zorakılıqla bağlı cinayət işi başlanmasını tələb edir. Xaricdə fəaliyyət gösətərən Dünya Azərbaycanlıları Konqresi və Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı da zorakılığı pislədiyir, Azərbaycan hakimiyyətini saxta seçkilərin nəticələrini ləğv etməyə və yeni demokratik seçkilər keçirməyə çağırır. ATƏT-in Bakı ofisi də müxalifətin 26 noyabr aksiyasından sonra iştirakçılara qarşı edilən zorakılıqlı bağlı dərin təəssüf hissi keçirdiyini bildirib və bütün siyasi tərəfləri yeni qarşıdurmadan çəkinməyə çağırıb. Ofisin açıqlamasında deyilir ki, polis razılaşdırılmış aksiya başa çatandan 10 dəqiqə sonra xəbərdarlıq etmədən iştirakçılara basqın edib. «Bəzi məlumatlara görə, 400 nəfərdən artıq aksiya iştirakçısı və bir sıra jurnalistlər bədən xəsarətləri alıb, 30 nəfər isə saxlanılıb. Azərbaycan hakimiyyəti bilməlidir ki, beynəlxalq standartlar təkcə qanunvericilik hazırlananda deyil, həm də onun tətbiqi zamanı nəzərə alınmalıdır. İctimai asayişin mühafizəsi prinsipləri polisin hərəkətlərinə bəraət qazandırmır" - deyə ATƏT-in Bakı ofiçsinin rəhbəri Maurissio Pavessi qeyd edib. ATƏT-in Bakı ofisi 26 noyabr hadisələrindən sərbəst toplaşmaq kimi əsaslı konstitutsion hüququn yenidən məhdudlaşdırılması üçün istifadə edilməyəcəyinə ümidvar olduğunu ifadə edib. Qələbə meydanında baş verənləri monitorinq etmiş hüquq müdafiəçiləri isə daha kəskin mövqedən çıxış edir. Qanunçuluğun və insan haqlarının müdafiəsi liqasıünın rəhbəri Səidə Qocamanlı çoxlu sayda insanın zorakılığın qurbanı olduğunu bildirir. Onun fikrincə, hökumət bu hərəkətlərilə üzərinə götürdlyü beynəlxalq öhdəlikləri və qanunvericiliyi gobud şəkildə pozub. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan milli bölməsinin rəhbəri Səadət Bənənyarlı hüquq-mühafizə orqanlarınının qanunları pozaraq dinc aksiya iştirakçılarına qraşı zor işlətməsini pisəlyir. Qadınlar arasındja həmrəylik İctimai birliyinin rəhbəri Ruhəngiz Hüseynova baş verənləri vəhşilik adlandırır. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə gördüklərini belə xarakterizə edir. «Azadılq» blokunun liderləri də bu gün 26 noyabrda baş verənləri müzakirə edib. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib ki, hadisələr zamanı 300 nəfər insan həyat üçün təhlükəli olan bədən xəsarəti alıb. Cənab Cəlaloğlunun sözlərinə görə, «Azadlıq» bloku vətəndaşların təhlükəsizliyinə təminat vermiş Bakı şəhər icra hakimiyyəti ilə bağlı məhkəməyə və dövlət başçısı ilə bağlı isə Konstitusiya məhkəməsinə müraciət edəcək. ADP sədrinin birinci müavini müxalifət növbəti mitinqini dekabrın 3-nə təyin etdiyini deyib. Öz növbəsində, YAP sədrinin müavini Əli Əhmədov Azadlıq blokunun qanunuları pozmaqda və provakasiya törətməkdə günahlandırır. Onun sözlərinə görə, müxalifət qarşıdurma yaradıb. Cənab Əhmədov baş vermiş hadisələrə görə məsuliyyətin qarşıdurma yaradanların üzərinə düşdüyünü bildirib. YAP sədrinin müavini müxalifətin kütləvi aksiyalarına məhduduiyyət qoyulmayacağını da diqqətə çatdırıb.
XS
SM
MD
LG