Accessibility links

Azərbaycan-Moldova biznes forumu keçirilib


Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu Azərbaycan-Moldova biznes-forumu keçirib. Forumda hər iki ölkədən qeyri-neft sektorunu təmsil edən 40-dan çox iş adamı iştirak edib. Tədbirdə Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və Moldovanın baş naziri Vasile Tarlev iştirak edib. Moldovanın baş naziri ölkəsində sərmayələr və ticarət, aqrosənaye, şirniyyat, yüngül sənaye, neft və qeyri-neft sənayesi, turizm sahəsində əməkdaşlıq üçün əlverişli mühitin yaradıldığını forum iştirakçılarının diqqətinə çatdırıb. Bundan başqa, Moldova mədəniyyət və elm sahəsində əlaqələri inkişaf etdirməyə hazırdır. «Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, insani münasibətlərdə hər hansı analaşılmazlıq yoxdur. Bizi ticarət əlaqəlirinin səviyyəsi qane etmir. İki ölkənin potensialı indiki səviyyədən daha böyükdür. Moldovanın tikinti və informasiya texnologiyaları sektoru Azərbaycan investorları üçün maraqlı ola bilər. Moldova həmçinin iki ölkə arasında birbaşa aviareysin açılması təşəbbüsü ilə çıxış edir». Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakının Moldova ilə ticarət-iqtisadi əməkdaşlığa hazır oluduğunu bildirib. Onun sözlərninə görə, 5 mln. dollar həcmində olan hazırki əmtəə dövriyyəsi ticarət-iqtisadi əməkdaşlıq potensialını tam əks etdirmir.«Azərbaycanla Moldova müxtəlfi təşkilatlarda tərəfdaş ölkədir. Biz QUAM-ın üzvüyük və ölkərimizi birləşdirən çoxsalyı ümumi maraqlarımız var. Azərbaycan və Moldovanın həm də əraziləri zəbt olunub. Hər iki ölkə beynəlxalq təşkilatlarda ərazi bütövlüyü uğrunda birgə mövqedən çıxış edir». Cənab Babayev Azərbaycan iqtisadiyyatının sürətli inkişafını qeyd edib. Onun sözlərinə görə, ölkədə yerli və xarici investorlar üçün yaxşı şərait yaradılıb. «Azərbaycan iqtisadiyyatına 30 mlrd dollar həcmində kapital qoyulub»-deyə o qeyd edib.
XS
SM
MD
LG