Accessibility links

Avropa Şurası Azərbaycanda çirkli pullara qarşı mübarizə rejimində qüsurlardan narahatdır 


Avropa Şurası MONEYVAL qarşısında öhdəliklərin Azərbaycan tərəfindən yerinə yetirilməsinin gücləndirilməsi prosedurlarının VI mərhələsi üzrə açıqlama yayıb.
“Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) 2006-cı ildən bəri Azərbaycanda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə (AML/CFT) rejimindəki qüsurlarla bağlı narahatlıq keçirir”, - deyə təşkilatın bəyanatında qeyd edilir.
Avropa Şurası bildirir ki, 12 dekabr 2008-ci ildə 28-ci plenar iclasda və 20 mart 2009-cu ildə MONEYVAL tərəfindən VI mərhələ üzrə açıqlamalar verilib, onlar qüvvədə qalır. “Strasburqda keçirilmiş 30-cu plenar iclasında (21-24 sentyabr 2009-cu il) MONEYVAL hüquqi bazanın yekunlaşdırılması üzrə əlavə tədbirlərin qəbulunda növbəti irəliləyişi alqışladı. Lakin yeni preventiv AML/CFT strukturu fəaliyyət göstərmir, onun 2009-cu ilin dekabrı üçün fəaliyyət göstərəcəyi gözlənilir. Azərbaycanın irəliləyişlər barədə 2009-cu ilin dekabrında MONEYVAL-ın 31-ci plenar iclasına hesabat verəcəyi gözlənilir”.
Bəyanatda bildirilir ki, 2006-cı ildən bəri MONEYVAL-ın müvafiq sənədlərinə Azərbaycanın əməl etməməsi ilə bağlı MONEYVAL-ın narahatlıqlarını artıran ardıcıl silsilə addımlar atılıb.


XS
SM
MD
LG