Accessibility links

Azərbaycan Neft Akademiyasında silahlı şəxs 13 nəfəri öldürüb


Bu gün saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi binaya daxil olan şəxs qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 13 nəfər ölüb, 13 nəfər yaralanıb. Öldürülən və yaralananların demək olar ki, hamısı tələbə və müəllimlərdir. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Bu barədə Respublika Prokurorluğu və Daxili İşlər nazirliyinin birgə məlumatında deyilir.
Məlumata görə, cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan
vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Yapalananların 2-si Sudan, 1-i isə Suriya vətəndaşı olan tələblərdir.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan prezidenti İlham Əliyev faciə ilə bağlı baş sağlığı verib. Dövlət başçısı dövlətin baş vermiş hadisə ilə əlaqədar bütün lazımi tədbirləri həyata keçirəcəyini bildirib.

XS
SM
MD
LG