Accessibility links

Ekspert Azərbaycanda mülkiyyət hüququnun pozulduğunu bildirir


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyev hesab edir ki, Azərbaycanda mülkiyyət hüquqlarının toxunulmazlığı sahəsində çoxsaylı problemlər var. Onun fikrincə, istər qanunvericilikdə, istərsə də onun tətbiqində ziddiyyətli məqamlar var. “Qanunda nəzərdə tutulan normalara da bəzən əməl olunmur. Qanunvericiliyə dövlət və ictimai ehtiyaclar üçün əhalidən mülkiyyətin alınması ilə bağlı edilən əlavə Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir. Belə ki, bu, dövlət və ictimai mənafe adı altında əhalinin mülkiyyət hüququ kütləvi şəkildə pozulmaqdadır. İnsanlar mülkiyyətini öz istədiyi dəyərə sata bilmir və ya o özü istəmədən mülkiyyətini satmağa məcbur edilir”.
Ekspert hesab edir ki, vətəndaşlar mülkiyyət hüquqlarını məhkəmələr vasitəsi ilə də müdafiə edə bilmir. “Çünki hələ müstəqil məhkəmə hakimiyyəti formalaşmayıb”.


XS
SM
MD
LG