Accessibility links

Bakıda "Yüksək texnologiyalarda material və informasiya elmləri" mövzusunda beynəlxalq konfrans işə başlayıb


Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Yaponiya Fizika və Tətbiqi Fizika Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Yüksək texnologiyalarda material və informasiya elmləri" mövzusunda birinci beynəlxalq konfrans işə başlayıb. Forumda ABŞ, Rusiya, Almaniya, Yaponiya, Səudiyyə Ərəbistanı və dünyanın digər bir çox öləklərindən tanınmış alimlər, o cümlədən Nobel Mükafatı laureatları Jores Alfyorov (Zhores Alferov) və İvar Qiaver (Ivar Giaever) iştirak edir. Azərbaycanın rabitə və informasiya texnologiaları naziri Əli Abbasov bildirib ki, yüksək texnologiyalara əsaslanan innovasiya tipli iqtisadi sektorun qurulması Azərbaycan hökumətinin iqtisadi siyasətinin prioritet istiqamətidir. Onun sözlərinə görə, "konfrans Azərbaycan prezidentinin "neftlə neftsiz iqtisadiyyat qurulmalı" tezisinə əsaslanır. «Belə bir iqtisadiyyatın qurulması və inkişafı nanotexnologiyalar əsasında istehsal olunun xüsusi xassəli yeni materiallar, biomühəndisliyin və nanotəbabətin xidmət və preparatları, informasiya texnologiyları və nanoelektronikanın məhsul və xidmətlər istehsalından ibarətdir". Nazirin sözlərinə görə, iqtisadiyyatda təbii sərvətlərdən yüksək texnologiyalara keçid edən Azərbaycan üçün nanotexnologiya, biotexnologiya və informasiya texnologiylarının inkişafı əsas hədəflərdən biridir. "Bunun üçün Azərbaycan hökumətinin atdığı ən vacib addım Regional İnnovasiya Zonasının yaradılmasıdar". Ə.Abbasov Azərbaycanda inkişaf etmiş elmi-texniki və təhsil potensialının olduğunu deyib. "Lakin bunların bazar iqtisadiyyatına uyğunlaşdırılmasına ehtiyac var. Regional İnnovasiya Zonası çərçivəsində texnoloji tutumlu tədqiqat işlərinin aparılması və informasiya yönümlü məhsul və xidmətlərin istehsalını planlaşdırılır. Bu işdə tanınmış alimlərə, xarici mütəxəssislərə və beynəlxalq əməkdaşlığa ehtiyac var". AMEA-nın prezidenti Mahmud Kərimov nanotexnologiyalar sahəsində dövlət siyasətinin formalaşdırılması, strukturun yaradılması və idarə edilməsi sahəsində işlərin aparılmasının vacibliyindən danışıb. "Nanotexnologiyaların və informasiya texnologiyları sisteminin yaradılması aktualdır". Akademikin fikrincə, konfrans dünyada fizika elminin və informasiya sisteimnin inkişafına təkan verəcək. Nobel mükafatı laureatı Jores Alfyorov beynəlxalq konfransın elmi-tədqiqat, insani əlaqələr və elmi əməkdaşlıq baxımından böyük rol oynadığını deyib. "Konfrans Azərbaycanda elmi tərəqqiyə böyük təsir edəcək. Əgər ötən əsrin əvvəllərində Bakı nefti xarici dövlətlərin bu regionu ələ keçirmək siyasətinə maraq yaradırdısa, indi neft Azərbaycan iqtisadiyatının və elminin inkişafının təmin edilməsinə yönəlib". Alim nanotexnologiyaların sürətli inkişafının, sosial tərəqqiyə təkan verdiyini diqqətə çatdırıb. "Elmin inkişafının əsas dəyərləri sosial nəticələrdir. Yeni texnologiyaların tərəqqisi əsasında dövlətlər həm də böyük miqdarda vergi əldə edir". J.Alfyorov hesab edir ki, elm sərhəd tanımır. "Dövlətlər sərhədləri qapadığı bir vaxtda belə, vahid elmi məkan mövcud idi". Alim Azərbaycanda fizika elminin inkişafı və Azərbaycan alimləri barədə də xoş təəssüratlarını bölüşüb. Digər alim və diplomatların çıxışlarında da Azərbaycanda informasiya texnologiylarının və nanotexnologiyların inkişafının ölkəyə böyük nailiyyətlər gətirəcəyi vurğulanıb. ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders bildirib ki, konfrans Azərbaycanın region səviyyəsində inkişafını göstərir və bu sahədə məqsədə çatması üçün böyük potensialı var. "Azərbaycanın insan kapitalının inkişafı sahəsində böyük potensialı var. Ölkədə gəlirlər insan kapitalına ötürülür. ABŞ bu sahədə Azərbaycana yardım edir və bundan sonra da edəcək". Səfir ABŞ-ın neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişafına da yardım etdiyini deyib. "Hesab edirik ki, Azərbaycan informasiya texnologiylarına və elmə əsaslanan regional lider olacaq. Elm bəşəri dəyərdir və bütün dünya bu sahədə Azərbaycana kömək etməlidir". Konfrans sentybarın 29-da başa çatacaq.
XS
SM
MD
LG