Accessibility links

Bakının Nardaran qəsəbəsinin sakinləri mitinq keçirib


Bakının Nardaran qəsəbəsinin sakinləri etiraz mitinqi keçirib. Mitinq icazəsiz olsa da hər hansı insident qeydə alınmayıb. Sakinlər yanvarın 24-də qəsəbədə baş vermiş insidentə etiraz edib. Belə ki, yanvarın 24-də polislə kənd sakinləri arasında baş vermiş qarşıdürma nəticəsində polis zabitləri Rövşən Rəhimov, İlqar Ağayev və kənd sakini Ramiz Həsənov həlak olub. İki nəfər qəsəbə saikni isə güllə yarası ilə xəstəxanaya düşüb. Hadisənin şahidi, yaralı İlham Quliyevin atası Hənifə Quliyev Amerikanın səsi radiosuna bildirib ki, insidenti sərxoş vəziyyətdə olan polislər yaradıb. Eyni zamanda, cənab Quliyev insidentin yaranma səbəbi ilə bağlı suala cavabda polislərin kimisə həbs etmək istədiyini və həlak olan kənd sakini Ramiz Həsənovla əlbəyaxa olduqlarını da diqqətə çatdırıb. Nardaranda keçirilən mitinq iştirakçıları da qanlı insidentə görə polisi günahlandırıb. Kənd sakini İbrahim Xudaverdiyevin dediyinə görə, həlak olan polis zabiti bundan öncə də kənd sakinlərinə qarşı qanunsuz hərəktələrə baş vurub. Mitinqdə çıxış edənlərin qənaətincə, qanlı olayın kökləri daha dərinə gedib çıxır. Belə ki, onların dediyinə görə, hadisə narkotik maddələrin satışı ilə məşğul olanlardan qidalanır. Bunu isə sakin Abdulla Mustafayev bildirib. Mitinqçilər hökuməti baş vermiş hadiəsənin istitaqını obyektiv aparmağa çağırıb. İbrahim Xudaverdiyev bildirib ki, istintaq obyektiv aparılmasa gələn cümə yenidən etiraz aksiyası keçiriləcək. İşin istintaqını Bakı şəhər, Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət qrup aparır. Fakt üzrə Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qanunsuz stilah saxlama və istifadə etmə maddələrilə cinaəyt işi açılıb. Respublika Prokurorluğu Amerikanın səsi radiosuna kənd sakinəlrinin polis əməkdaşlarının narkotik satışı ilə məşğul olması və qanunsuz hərəktələrə baş vurması barədə dediklərini təkzib edib. Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonaqova polis əməkdaşlarının iş yerlərinə qayıdarkən yerli sakin Hənifə Quliyevin çağrışı ilə atəşə məruz qaldığını bildirib. Yeri gəlmişkən onu da qeyd edim ki, hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerində olub.
XS
SM
MD
LG