Accessibility links

Azərbaycan hökuməti narkotik marşrutlarının qarşısının alınması istiqamətində geniş əməliyyatlar keçirir


BMT-nin Azərbaycan ofisinin hüquq-mühafizə orqanları ilə iş departamentinin rəhbəri Məzahir Əfəndiyev Azərbaycan hökumətinin son dövrlər Əfqanıstan-İran-Azərbaycan marşurutunun qarşısının alınması istiqamətində geniş əməliyyatlar keçirdiyini bildirib. Onun sözlərinə görə, hökumət narkotiklərin daşınmasının qarşısının alınması üçün xarici ölkələprlə əməkdaşlıq edir. Bununla yanaşı, cənab Əfəndiyev ölkədə narkomanların sayının günbəgün artdığını deyir. Onun fikrincə, narkomanların müalicəsi sahəsində Azərbaycanda səhiyyə tədbirlərini qənaətbəxş hesab etmək olmaz.
XS
SM
MD
LG