Accessibility links

Azərbaycanda narkotik maddələrə qarşı mübarizə güclənib


Bu gün narkotiklərə qarşı beynəlxalq mübarizə günüdür. Mübarizə günü munasibətilə Azərbaycan Daxili İşlər Nazirliyinin Narkotik Maddələrlə Mübarizə Baş İdarəsi ölkə ərazisində aşkar edilərək götürülmüş narkotiklərin məhv edilməsi üzrə tədbir keçirib. Tədbir zamanı KİV nümayəndələrinin gözü qarşısında ümumi çəkisi 504 kiloqram olan heroin, marixuana, tiryək və başqa narkotiklər yandırılıb. Qara bazarda bu narkotiklərin dəyəri 6 000 dollar qiymətləndirilir. Nazirlər Kabinetinin hərbi və inzibati orqanlarla iş şöbəsinin rəisi Əzim Piriyev bildirib ki, rəsmi məlumatlara görə ölkədə 19 000 narkoman var. «Lakin, əslində narkomanların sayı qat-qat çoxdur, onları aşkarlamaq çox çətindir»-deyə o, əlavə edib.

BMT-nin İnkişaf Proqramının hüquq-mühafizə orqanları ilə iş bölməsinin rəhbəri Məzahir Əliyev 'Amerikanın səsi' radiosuna bildirib ki, Azərbaycan narkotiklərin tranzit ölkəsi kimi qəbul edilib, burada üç bəlli marşrut mövcuddur.

BMT rəsmisi son dövrlər yeni bir marşrutun, İran-Azərbaycan-Rusiya-Yaponiya marşrutunun da mövcudluğunun aşkarlandığını deyib. Cənab Əliyev Azərbaycan hökumətinin narkotik maddələrə qarşı mübarizədə nəzərə çarpacaq irəliləyişə nail olduğunu bildirib. Onun fikrincə, Azərbaycan hökuməti həm beynəlxalq konvensiyalara qoşulub, həm də narkotik istifadəçiləri ilə yanaşı, ticarətçilərinə qarşı da ardıcıl mübarizə aparır.

XS
SM
MD
LG