Accessibility links

Bakıda GUAM dövlətlərinin terrorçuluqla mübarizə üzrə konfransı keçirilib


Sentyabrın 15-16-da Bakıda GUAM dövlətlərinin terrorçuluq, narkotiklərin yayılması və mütəşəkkil cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə üzrə İşçi Qrupunun illik planına uyğun olaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Avratlantika Məşvərət Qrupunun təşkilatçılığı ilə GUAM dövlətlərinin hüquq mühafizə və xüsusi xidmət orqanları ekspertlərinin terrorçuluqla mübarizə üzrə birinci müşavirəsi keçirilmib. Xəbəri Milli Təhlükəsizlik nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb. Müşavirədə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın hüquq mühafizə və xüsusi xidmət orqanlarının, Avratlantika Məşvərət Qrupunun yüksək vəzifəli nümayəndələri, ABŞ-nin Azərbaycandakı səfirliyinin təmsilçisi iştirak edib. Milli Təhlükəsizlik Nazirliyinin nümayəndə heyəti beynəlxalq terrorçu təşkilatların plan və niyyətləri, maliyyə kanalları barədə konkret qabaqlayıcı məlumatların əldə edilməsinin və onların vaxtında mübadiləsinin GUAM dövlətləri arasında əməkdaşlığın daha da yüksəldilməsində başlıca şərtlərdən olduğunu, bu işin səmərəli həyata keçirilməsi üçün hüquq mühafizə, xüsusi xidmət orqanlarının mövcud qüvvə və vasitələrindən, o cümlədən GUAM Virtual Mərkəzinin imkanlarından daha geniş istifadənin vacibliyini bildirib. . Azərbaycan tərəfi, həmçinin Ermənistanın bu ölkəyə qarşı təcavüzü, nəzarətsiz ərazilər və bundan irəli gələn fəsadlar, bölgənin nəqliyyat və enerji infrastrukturlarının təhlükəsizliyinə qarşı təhdidlər, onun qarşısının alınması üzrə həyata keçirilən tədbirlər barədə məlumat da verib. Müşavirənin nəticələrinə dair yekun protokolu imzalanıb.
XS
SM
MD
LG