Accessibility links

Azərbaycan və NATO 26+1 formatında müzakirələr keçirib 


Bu gün Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Brüsselə, NATO-nun Mənzil Qərargahına NATO ilə əməkdaşlığı üzrə Fərdi Tərəfdaşlıq Əməliyyat Planının (FTƏP) yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “26+1” formatında görüş keçirib. Azərbaycan nümayəndə heyətinin tərkibində Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından yüksək səviyyəli nümayəndələr təmsil olunur.

Xarici İşlər nazirliyinin məlumatına görə, cənab Məmmədyarov Azərbaycanın FTƏP-in yerinə yetirilməsi səviyyəsi və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Məlumatda deyilir ki, NATO-ya üzv ölkələrinin səfirləri Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bəyan edib. Bir sıra rəsmilər Azərbaycanın strateji dövlət olduğunu vurğulayaraq münasibətlərin inkişaf etməsində maraqlı olduqlarını qeyd edib.

Azərbaycan xarici işlər nazitr ilə Şimali Atlantika Müqaviləsi Təşkilatının Baş Katibi c-b Jaap de Hup Sxefferin ikitərəfli görüşüdə keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, FTƏP-in yerinə yetirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi, regionda ümumi təhlükəsizlik vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti eyni zamanda, Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı xanım Benita Ferrero-Valdner ilə görüş keçib. Görüşdə tərəflər Avropa Qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi, Avropa İttifaqı və Azərbaycan cari münasibətləri, regional proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi məsələlərini müzakirə edib.

Cənab Məmmədyarov Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsini qaldırıb və Aİ rəsmisi məsələni müsbət qarşılayıb və onun üzərində işləyəcəklərini vəd edib.

XS
SM
MD
LG