Accessibility links

Azərbaycanın hesabatı NATO-nun Siyasi-Hərbi Rəhbər komitəsində müzakirə edilib 


Azərbaycanın Planlaşdırma və Analiz prosesi Tərəfdaşlıq Məqsədləri Hesabatı NATO-nun Siyasi-Hərbi Rəhbər komitəsi çərçivəsində 26+1 formatında müzakirə olunub. Müzakirələrdə Azərbaycanın Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avro-Atlantik İnteqrasiya İdarəsinin rəisi Ramiz Nəcəfovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edir. NATO-nun Siyasi-Hərbi Rəhbər komitəsi Azərbaycanda hərbi və müdafiə sahəsində islahatlar, hərbi quruculuq, NATO standartarı ilə qarşılıqlı operativ uyarlığın təmin edilməsi, eləcə də Azərbaycan sülməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri müzakirə edib. Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim “Amerikanın səsi” radiosuna bildirib ki, rəhbər komitə Azərbaycanın NATO-ya inteqrasiyası prosesini müsbət qiymətləndirib. Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan NATO-ya üzvlüyə müraciət edənədək bu qurumun müxtəlif proqramlarında iştirak etməklə hərbi strukturlarını NATO standartlarına uyğunlaşdıra bilər. Politoloq həmçinin Azərbaycanın NATO-ya üzv dövlətlərlə əməkdaşlıq çərçivəsində regionda öz müdafiə qüdrətini möhkəmləndiyini deyir. Azərbaycana texniki yardımları isə daha çox ABŞ və Türkiyə edir. Azərbaycan Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvini beynəlxalq təşkilatlar narahatlıqla qarşılayıb
XS
SM
MD
LG