Accessibility links

Azərbaycanın azad mətbuatının yaradıcısı Nəcəf Nəcəfovun anım günüdür   


Bu gün Azərbaycanın müstəqillik dövrünün ilk azad mətbuatının yaradıcısı Nəcəf Nəcəfovun anım günüdür. Onun vəfatından 9 il keçir.
Nəcəf Nəcəfov 1989-cu ilin dekabrın 24-də keçmiş SSRİ-də ilk müstəqil medialardan olan “Azadlıq” qəzetinin nəşrinə başlayıb. Bu qəzet dövrünün ekstremal jurnalistikanın daşıyıcısı kimi də yadda qalıb. Qəzetin tribunasından səsi heç zaman xalqa çatdırılmamış çoxsaylı dissidentlər, ziyalılar, sadə insanlar istifadə edib, sovet dövründə sandıqlarda qalan yazılar dərc edilib, Sovet rəhbərləri tənqid edilib.
“Azadlıq” qəzeti ilk nəşrindən ölkədə və xaricdə nüfuz qazanıb. Qəzet o dövr xalq hərəkatının əsas təbliğatçısı və Sovet sisteminin gətirdiyi bəlaları çılpaqlığı ilə insanlara çatdıran əsas tribuna olub. Dəfələrlə nəşri dayandırılıb, təzyiqlərlə üzləşib, jurnalistləri həbs olunub. Ağır məhrumiyyətlərə sinə gərən Nəcəf Nəcəfov jurnalistika məktəbi bu gün də çətinliklərə baxmayaraq yaşayır. Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev onu belə xatırlayır. “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev hesab edir ki, Nəcəf Nəcəfov daha çox Azərbaycan mətbuatının vicdanıdır.


XS
SM
MD
LG