Accessibility links

Azərbaycan mətbuatında media-effekt üslubuna əməl edilmir


Nəcəf Nəcəfov Fondu yazılı KİV-lərdə jurnalist etikasına dair monitorinqinin nəticələrini elan edib. Layihə ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Monitorinq məqsədilə rəsmi, iqtidaryönümlü, müxalif və müstəqil kimi tanınan 20 qəzet seçilib. Fondun icraçı direktoru Şahin Hacıyevin sözlərinə görə, yazılar dezinformasiya, böhtan və təhqir, jurnalist etikası normalarının pozulması, siyasi sifariş və ya öncəformalaşmış düşüncə istiqaətində monitorinq edilib. Cənab Hacıyevin sözlərinə görə, pozuntuların ümumi sayının 29-u ( 50,7 %) rəsmi və hökumətəyaxın, 15-I (26,3 %) müxalifət və 13-ü (22,8 %) müstəqil qəzetlərin payına düşür. O monitorinqin məqsədinin - mətbuatda demokratik normaların bərqərar olmasına kömək və onun ictimai rəyə təsirini gücləndirmək olduğunu diqqətə çatdırıb. Hüquqşünas Ələsgər Məmmədli 20 qəzetdən seçilmiş 43 məqalənin hüquq pozuntusu baxımından monitorinqini aparıb. Onun sözlərinə görə, 43 məqalədə 57 halda qanunun pozuntusu, o cümlədən 9 halda «KİV haqqında» qanuna, 48 halda media-effekt üslubunv əməl edilməyib. 23 yazı siyasi sifarişli olub, 11 məlumat yoxlanılmayıb, 9 halda jurnalist etikası pozulub, 2 halda dezinformasiya verilib. Ekspert İsrail Musayev bildirib ki, monitorinqə salınmış olduqca az qəzet jurnalist etikasına əməl etməsi ilə öyünə bilər. Onun sözlərinə görə, iqtidar və iqtidaryönümlü qəzetləpdə yoxlanılmamış, qeyri-düzgün, böhtan xarakterli materialların dərc olunması adi hala çevrilib. Bəzi KİV-lərdə "sifariş" və ya "siyasi məqsədlə» dərc olunan xəbər və materiallar çoxluq təşkil edir. Tirajını artırmaq məqsədi ilə yalan sensasiyalar və uydurulmuş faktlar dərc edən qəzetlər də var. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid belə yazılar dərc edən bir sıra qəzetlərin baş redaktorlarının Mətbuat Şurasının üzvü olduğundan təəccüblənir. Müzkirələrdə maraqlı dialoqlar da baş verib. Məsələn, ekspert İsrail Musayev «Yeni Müsavat» qəzetində bəzi hallarda yazıların başlıqlarında peşə etikasının pozulması hallarına rast gəlindiyini qeyd elib. Bu isə qəzetin redaktoru Rauf Arifoğlunun narazılığı ilə qarşılanıb. Şahin Hacıyev məlumat və yazıların beynəlxalq aləmdə qəbul edimiş normalara uyğun çap olunmasının vacibliyini önə çəkib. Onun fikrincə, mətbuat orqanı biznes qurumu kimi çıxış etməli və qərəzsizliyini qorumalıdır. Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkədə mətbuat vasitələrinin hələ də kommersiya qurumu kimi fəaliyyət göstərə bilməməsindən təəssüflənir. Onun sözlərinə görə, çox az KİV mətbuatın ümumi prinisplərindən çıxış edir. Cənab Amaşov çox böyük miqdarda reket-qəzet olduğunu da deyib. «Nəşr olunan 600 qəzetin 70%-i reketliklə məşğuldur. Bunu aradan qaldırmaq üçün qanunvericilik bir qədər sərtləşdirilməlidir. Eyni zamanda, hökumətin düşünülmüş və məqsədyönlü mətbuat siyasəti olmalıdır».
XS
SM
MD
LG