Accessibility links

Azərbaycanda nəqliyyat biznesi zəif inkişaf edir


Müstəqil Nəqliyatçılar İctimai Birliyinin sədri Natiq Ələsgərov bildirib ki, öləkdə avtomobil, dəmir yolu, gəmiçilik, aviasiya və boru kəmərlərindən istifadə olunur. Onun sözlərinə görə, avtomobil nəqliyyatının 90 faizdən çoxu özəl sektora məxsus olsa da, dəmir yolu bütövlükdə dövlətin inhisarındadır. Bununla yanaşı gəmiçilik və aviasiya sahəsində biznes zəif inkişaf edib, Bu sahələr də əsasən dövlət şirkətlərinin nəzarətindədir. Yükdaşımalarda da avtomobil nəqliyyatı istisna olmaqla dövlət şirkətləri bazara tam nəzarət edir.
XS
SM
MD
LG