Accessibility links

Polis Bakının Nardaran kəndinin 7 sakinini  saxlayıb


Bu gün səhər Bakının Nardaran qəsəbəsndə iki polis zabitinin və bir nəfər sakinin həlak olması ilə nəticələnən insidentdə şübhəli bilinən 7 nəfər saxlanıb. Kənd sakinləri bu il yanvarın 25-də polislə insident zamanı həlak olmuş sakinin qəbrini ziyaərt etməyə gedərkən yolda polis tərəfindən tutulub. Yerli sakinlərin dediyinə görə, əmliyat zamanı polis atəş açıb. DİN və Baş prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda isə bildirilir ki, bu gün Nardaran kəndində yanvarın 25-də polis işçilərinin qətlə yetirilməsində şübhəli bilinən 7 nəfər həbs edilib. "Əməliyyat zamanı yerli sakinlər polisə qumbara ataraq müqavimət göstərib. Partlayış zamanı 6 nəfər polis əməkdaşı və bir neçə həbs edilən kənd sakini yaralanıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin digər iştirakçılarının da cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər davam edir"-deyə məlumatda bildirilir.
XS
SM
MD
LG