Accessibility links

Cinayətkar dəstə ABŞ və digər xarici ölkə vətəndaşlarının kredit kartlarından istifadə edib


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstəni ifşa edərək zərərsizləşdirib.
Milli Təhlükəsizlik nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, 6 nəfər Azərbaycan, bir nəfər Nigeriya vətəndaşı və qeyriləri, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində “Azərbaycan Hava Yolları” Şirkətinin rəsmi www.azal.az İnternet səhifəsinə daxil olub, ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə etməklə həmin xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq İnternetlə pul ödənişləri aparıb, müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron avia-biletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nəğd pula digər şəxslərə sataraq, əldə etdikləri pulları talayıblar. Mütəşəkkil dəstə “Azərbaycan Hava Yolları” çirkətinə 100 min manata yaxın zərər vurub.
Azərbaycan və Nigeriya vətəndaşları həbs edilib. Cinayət işi üzrə bütün halların araşdırılması, digər iştirakçıların müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


XS
SM
MD
LG