Accessibility links

Azərbaycanda Novruz şənlikləri


Azərbaycanda Novruz bayramı qeyd edilir. Ölkənin bütün obalarında, meydanlarında tonqallar qalanıb, el şənlikləri keçirilir, kosa və keçəl qapıları döyüb insanları sevindirir.
Prezident İlham Əliyev paytaxt Bakıda “İçəri Şəhər”də el şənliklərinə qatılıb. O ictimaiyyət qarşısında çıxışında dünyada yaşayan bütün azərbaycanlıları təbrik edib.
Dövlət başçısı bayram çıxışında problemlərə də toxunub. O bildirib ki, Azərbaycanın qarşısında duran ən mühüm problem Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezident heç vaxt qondarma Dağlıq Qarabağ rejiminə müstəqillik verilməyəcəyini bəyan edib.
Novruz şənlikləri həm də çoxminli turistlərin Azərbaycana gəlməsinə səbəb olub. Bir qayda olaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar “Novruz”u paytaxt Bakıda qarşılamağa üstünlük verir. “Novruz”un ən çox qonağı isə İranda yaşayan azərbaycanlılardır. Bu il Qala Qapısında Novruz tonqalını səbirsizliklə gözləyənlərin demək olar ki, əksəriyyəti Azərbaycanın qədim obaları olan Təbriz, Ərdəbil, Urmiya, Mərənd, Marağa, Kəleybər, Dərbənd və Borçalı camaatı idi.
Amerikanın Azərbaycandakı səfiri Enn Dersi də Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib. Səfir evində Novruz şənliyi düzəldib, tonqal çatıb.

XS
SM
MD
LG