Accessibility links

Azərbaycanda vəzifəli şəxslər gəlirləri barədə deklorasiya tərtib etmir


Korrupsiyaya Qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev “Vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etməsi haqqında” 2005-ci ildə qanun qəbul edildiyini deyib. Onun sözlərinə görə, elə həmin il prezident qanunun tətbiqi qaydaları ilə bağlı fərman imzalayıb. ”Fərmanda dövlət başçısı vəzifəli şəxslərin gəlirlərinin deklorasiya qaydalarının müəyyən edilməsi ilə bağlı sənədlərin hazırlanması üçün Nazirlər Kabinetinə iki ay vaxt verib. Ancaq dörd il keçməsinə baxmayaraq hələ də Nazirlər Kabineti sənədi prezidentə təqdim etrrməyib”.
Ekspert eyni zamanda, mühüm vəzifəli şəxslərin gəlirləri ilə bağlı ictimaiyyətə məlumat verilməsini vacib sayır. “Qanunda vəzifəli şəxs yalnız müvafiq orqan qarşısında hesabat verir və bu hesabat ictimaiyyət üçün açıq deyil. Bu isə əslində vəzifəli şəxsin cəmiyyət qarşısında məsuliyyət daşıması ilə adekvat deyil”.

XS
SM
MD
LG