Accessibility links

Azərbaycanda 44 milli teleradio korporasiyası fəaliyyət göstərir


Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli qurumun 5 illik yubileyi ilə bağlı hesabat verib. Cənab Məhərrəmli bildirib ki, hazırda ölkədə 44 milli teleradio korporasiyası fəaliyyət göstərir, 4 xarici teleradio yerli tezlikdə yayımlanır. Teleradio Şurasının sədri 2006-cı ilin yayından televiziya və radiolara lisenziya verilməsini başlandığını deyib. Onun fikrincə, hələ bu sahədə lisenziyanın qiyməti ilə bağlı uyğunsuzluq qalmaqdadır. «Respublika ərazisində yayımlanan televiziya ilə regionda yayımlanan televiziya və radio yayımı lisenziyalarının qiymətləri eyni müəyyənləşdirilib. Bu uyğunsuzluğun aradan qaldırılması üçün hökumət qərar qəbul etməlidir» Cənab Məhərrəmli hazırda bütün teleradioların monitorinqinin həyata keçirildiyini bildirib. Şura sədri hesab edir ki, teleradioların maddi texniki vəziyyətinin yaxşılaşdırılması, verilişlərin səviyyəsinin yüksəldilməsinə, regional televiziyalar üçün kadrların hazırlanmasına ehtiyac var. O Milli Teleradio kanallarının bütün verilişlərinin dövlət dilində yayımlanması məsələsini gündəlikdə duran ən aktual məsələlərdən hesab edir. «Yalnız xarici dillərin öyrənilməsi məqsədilə tədris xarakterli verilişlər, xəbərlər, xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin ölkəyə səfəri zamanı canlı yayımlar istisna olmaqla bütün yayımlar dövlət dilində aparılmalıdır»-deyə o qeyd edib.
XS
SM
MD
LG