Accessibility links

2009-2011-ci illərdə Azərbaycanda nüvə reaktoru tikiləcək


2009-2011-ci illərdə Azərbaycanda tədqiqat məqsədilə atom reaktoru tikiləcək. Bu barədə Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, mövcud məsələ MAQATE ilə razılaşdırılıb və təşkilat reaktorun tikintisinə texniki və maliyyə yardımı göstərəcək. O, qeyd edib ki, söhbət gücü 1 meqavattadan az olan elmi reaktordan gedir. Onu atom enerjisi sahəsində kadrların hazırlanması, atom enerjisi sahəsində innovasiya tədqiqatlarının aparılması üçün istifadə edəcəklər. "Məlumdur ki, neft və qaz ehtiyatları tükənəcək və onlara ciddi alternativ atom enerjisidir. Hazırda dünyada bu məsələ aktuallaşır və hətta vaxtilə atom elektrik stansiyalarının fəaliyyətini dayandıran ölkələr də bu işi bərpa edirlər", - deyə Kərimov qeyd edib. Reaktorun inşa ediləcəyi yerə gəlincə, o hardasa Bakı ilə Sumqayıt arasında tikiləcək. Azərbaycan bilavasitə AES tikməyi planlaşdırırmı sualına, Kərimov bu, "uzaq perspektivin" məsələsidir deyə cavab verib.
XS
SM
MD
LG