Accessibility links

Osman Gündüz: `Xarici radio yayımların dayandırılması efir məkanında təhlükə yaradar`


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Milli Televiziya və Radio Yayımı Şurasının milli tezliklərdə fəaliyyət göstərən "Amerikanın Səsi" və "Azadlıq" və BBC radiostansiyalarının fəaliyyətini dayandırmaq niyyəti ilə bağlı bəyanatla çıxış edib.

O bildirir ki, Azərbaycanın öz informasiya məkanına yetərincə nəzarət edə bilmədiyi, bir sıra hallarda ölkənin efir məkanının milli maraqlarımıza zidd olan informasiya subyektləri tərəfindən açıq-aşkar zəbt edildiyi indiki durumda bu Milli Teleradio Şurasının bu niyyəti cəmiyyətdə ciddi narahatlıq yaradır.

“Regionların informasiya məkanında qeyri-bərabər vəziyyətin hökm sürdüyü, milli efir tezliklərindən səmərəli və effektiv istifadə olunmadığı bir şəraitdə mövcud informasiya subyektlərinin fəaliyyətin dayandırılması absurd bir addım olardı. Bu, Azərbaycanın informasiya məkanını daha təhlükəli bir vəziyyətə gətirib çıxarar”-deyə o qeyd edir.

Cənab Gündüzün fikrincə, ölkədə kabel, internet və peyk yayımının yetərli və hamı üçün əlçatan olmadığı indiki şəraitdə adı çəkilən radioların yerli tezlikdə fəaliyyətinin dayandırılması və digər yayımlara yönəldilməsi vətəndaşların müstəqil informasiya almaq hüquqlarını xeyli məhdudlaşdıracağı şəksizdir.


XS
SM
MD
LG