Accessibility links

Ukrayna vətəndaşı Azərbaycana buraxılmır


Dünən Azadlıq blokunun "Azərbaycan və Belorus postsovet məkanında demokratik dəyişikliklərin növbəti mərhələsində" mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak üçün Azərbaycana gələn Ukrayna vətəndaşı, Ukrayna XİN-nin müşaviri Sergey Yevtişenko və Estoniya vətəndaşı Andrey Popov saxlanıb. Səkkiz saatdan sonra Andrey Popov buraxılsa da Ukraynalı Sergey Yevtuşenko hələ də Bakı hava limanınıda saxlanmaqdadır. «Azadlıq» blokuna daxil olan Müsavat partiyasının başqanı İsa Qəmbər bu gün keçirdiyi mətbuat konfransında hadisəni xarici vətəndaşlara qarşıhörmətsizlik kimi qiymətləndirib.«Dünən Bakı hava limanında benyəlxalq qalmaqal baş verib. Bu təhqirdirr»-deyə o qeyd edib. Belorus Xalq Cəbhəsinin funksioneri Ales Mixayloviç Bakı aeroportunda baş verən hadisənin Belorus və Azərbaycan kimi rejimlər olan ölkələrdə mümkünlüyünü deyib. «Bu hadisənin özü rəsmi Bakının necə demokratik seçki keçirəcəyini nümayiş etdirir. Bu səbəbədən həm Azərbaycan, həm də Belorusda cəmiyyətin demokratikləşdirilməsi üçün birgə əməkdaşlıq zəruridir»-deyə cənab Mixayloviç vurğulayıb. Estoniyalı Andrey Popov isə öncə sərhəd nəzarətini keçdiyini, sonradan bir zabitin yaxınlaşaraq pasportunu aldığını və 8 saat ərzində heç kimin onunla maraqlanmadığını deyib. «Mənə səkkiz saat saxlanmağımın səbəbi izah edilməyib. Hesab edirəm ki, saxlanmağımın səbəbi Müsavat Partiyasının dəvətilə gəldiyimi yazmağımdır. Avropa Birliyinin nümayəndələri işə qarışdıqdan sonra azad edildim"- deyə o bildirib. Ukraynanın Bakıdakı səfirliyi də işə qarışıb. Turan agentilyinin məlumatına görə, səfirlik Azərbaycan XİN-ə nota göndərərək Sergey Yevtuşenkonun ötən gün Bakı hava limanında saxlanmasına aydınlıq gətirilməsini xahiş edib. Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizıma bildirib ki, Ukrayna tərəfini narahat edən odur ki, Yevtuşenko saxlandıqdan sonra bir sutka keçməsinə baxmayaraq baş verənlərin səbəbləri barədə açıqlama verilmir. Onun sözlərinə görə, iki ölkə arasında vətəndaşların vizasız gediş-gəlişinə dair razılıq var. Bu gün Müsavat Partiyasının bir qrup fəalı isə cənab Yevtuşenkonun saxlanmasına etiraz olaraq hava limanının qarşısında etiraz aksiyası keçirib. Müsavat partiyasının məlumatına görə, aksiya "Sergey Yevtuşenkoya azadlıq" şüarı altında keçirilib.
XS
SM
MD
LG