Accessibility links

Böyük Britaniya Parlamentinin üzvləri Azərbaycanı gənc blogerləri həbsdən azad etməyə çağırır


Böyük Britaniya parlamentinin İcmalar Palatasının 13 üzvü blogerlərin azadlığa buraxılması üçün Azərbaycan rəhbərliyinə müraciət imzalayıb.
Turan agentliyinin məlumatına görə, müraciətdə “ölkədə insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar dərin narahatlıq” ifadə olunub. Sənəddə gənc fəallara qarşı hücumlar pislənib və Azərbaycan hakimiyyətinə siyasi motivlərlə vətəndaşların təqibinə son qoymaq, həbsdə olan jurnalistləri və keçən həftə həbs edilmiş gənc fəallar Emin Milli və Adnan Hacızadəni dərhal azad etmək, Qərb radiostansiyalarının yayımını bərpa etmək çağırışı yer alıb.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) iasə Avropa İttifaqının iyulun 19-da Azərbaycana səfər edəcək nümayəndə heyətinə - Avropa Birliyinin sədri, İsveçi xarici işlər naziri Karl Bildt, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyi Şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos, Avropa Komissiyasının təmsilçisiləri Karel Kovanda və Con Kyaerə müraciət ünvanlayıb.
RATİ “Üçlükdən” Azərbaycan hakimiyyətindən “Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarının FM dalğasında yayımını dərhal bərpa etməyi, müxtəlif bəhanələrlə qeyri-qanuni həbs edilmiş jurnalistləri azad etməyi, böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv etməyi, jurnalistlərə qarşı hücumlarda və jurnalistlərin hüquqlarının pozulmasında məsuliyyət daşıyanları qanunun yol verdiyi son həddə qədər məhkəməyə cəlb etməyi, Azərbaycanın milli media bazarında xarici yayımçılara qoyulan qadağanı ləğv etməyi, Konstitusiyaya və müxtəlif qanunlara mətbuat azadlığını və vətəndaş cəmiyyətinin inkişafını daha da məhdudlaşdıran dəyişiklikləri ləğv etməyi, KİV nümayəndələrinə qarşı təxribatlara və qondarma cinayət işlərinə son qoyulmasını, fiziki təzyiqə məruz qalmış və şərlənərək həbs olunmuş gənc blogerlər - Emin Milli (Abdullayev) və Adnan Hacızadə azad olunmasını tələb etməyi xahiş edir.

XS
SM
MD
LG