Accessibility links

Azərbaycanda parlament seçkilərindən sonra narahatlıq qalmaqdadır  


Azərbaycanda 6 noyabr parlament seçkilərindən sonra yaranmış narahatlıq davam etməkdədir. Müxalifətdə olan «Azadlıq» bloku seçkilərin nəticələrinin ləğvi uğrunda dinc mübarizəyə başladığını bəyan edib və bu məqsədlə sabah ilk etiraz mitinqini keçirəcək. Hakmiyyət və MSK qanun pozuntularının olduğunu etiraf etsə də bunun seçkilərin nəticələrinə təsir edəcək qədər olmadığını bildirib. ATƏT-in, AŞ-nin, Avropa paralamentinin, NATO PA-nın birgə müşahidə missiyasının ilkin bəyanatından sonra isə bir sıra qərb dövlətləriə, o gümlədən beynəlxalq təşkilatlar bu münasibəti dəstəkləyən açıqlamalarla çıxış etməkdədir. Bu gün Avropa Birliyi də Azərbaycanda parlament seçkiləri zamanı baş vermiş saxtalaşdırma və kobud pozuntulardan təəssüfləndiyini bildirib. Avropa Birliyi adından Böyük Britaniyanın Bakıdakı səfirliyinin yaydığı bəyanatda deyilir ki, belə faktların və şikayətlərin mümkün qədər tez araşdırılaraq müvafiq tədbirlər görülməsi olduqca vacibdir. AB sədrliyi qeyd edir ki, ATƏT-in və beynəlxalq müşahidəçilər missiyasının parlament seçkilərinin yekunlarına dair bəyanat və rəyində 2003-cü ilin oktyabrında keçirilmiş prezident və əvvəlki parlament seçkilərilə müqayisədə bəzi irəliləyişin olduğu göstərilir. "AB sədrliyi məntəqələrin əksəriyyətində səslərin hesablanması, protokolların hazırlanması zamanı yaranan problemlər barədə məlumatlardan xüsusi narahatdır. Bundan başqa, AB bir çox icra hakimiyyəti başçısının bu və ya digər namizədin xeyrinə seçkiyə müdaxiləsi faktlarından da narahatdır. Saxtalaşdırma hallarının baş verdiyi dairələrdə çevik, şəffaf, hərtərəfli araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi olduqca vacibdir. AB sədrliyi bu faktların araşdırılmasını diqqətlə izləyəcək. Biz tərəfləri qanuna hörmət etməyə, zorakılığa yol verməməyə çağırır"-deyə sənəddə vurğulanır Norveçin Azərbaycandakı səfiri Steynar Gil isə ölkəsinin Azərbaycandakı seçkilərə münasibətini açıqlayıb. Səfir Norveç hökumətiinn ATƏT-in ilkin bəyanatın dəstəklədiyini və bu bəyanatın çoxsaylı araşdırmalara əsaslandığını bildirib. "Norveç hökuməti Azərbaycanda keçirilmiş parlament sekçilərinin beynəlxalq standartlara uyğun olmamasından çox təəssüflənir. Bu seçkilər Azərbaycan üçün demokratiya yolunda geriyə atılmış addımdır. Norveç hökuməti Azərbaycan hakimiyyətini seçki zamanı saxtalaşdırmada və təqiblərdə iştirak edənləri cəzalandırmağa çağırır". Səfir deyib ki, Azərbaycan dövlət başçısının seçki praktikasının yaxşılaşdırılmasına dair sərəncamları "mühüm sənədlərdir". «Əgər seçki komissiyalarının formalaşması prinsipi dəyişdirilərsə bu, seçki praktikasının yaxşılaşdırılmasında əsas rol oynaya bilər. Hesab edirik ki, Azərbaycanda demokratik sekçilərin keçirilməsi üçün bütün texniki imkanlar var"- deyə o vurğulayıb. NATO–nun baş katibi Yaap de Xoop Sxeffer də Azərbaycan hakimiyyətini səsvermə zamanı baş vermiş pozuntuları araşdırmağa və müvafiq tədbirlər görməyə çağırıb. Baş katibin bəyanatında deyilir ki, ATƏT missiyasının seçkilərin ATƏT qarşısında götürülmüş öhdəliklərə və Avropa Şurası standartlarına uyğun gəlməməsi barədə məlumatları narahatlıq doğurur. "Bu nöqsanlar təcili araşdırılmalı və lazımi tədbirlər görülməlidir"-deyə baş katibqeyd edib. Azərbaycan Prezidentinin İcra Apartının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Amerikanın səsi radiosuna müsahibəsində hakimiyyətin ATƏT-in və beynəlxalq təşkilatların bəyantlarını normal qarşıladığını bildirib. O seçki zamanı müəyyən qanun pozuntularının olduğunu da etiraf edib. Cənab Həsənov ATƏT-in seçkilərin 87 faiz məntəqələrdjə normal keçirilməsi ilə bağlı və bunun ABŞ-ın RA şirkətinin keçirdiyi exit-polla uyğun gəldiyini deyib. Onun sözlərinə görə, hökumət RA şirkətinin gəldiyi nəticələrlə də razıdır. Şöbə müdiri ölkə prezidentinin seçkilər zamanı baş verən qanun pozuntularının ciddi araşdırılması üçün göstəriş veridyini də xatırladıb. O seçki pozuntularının ciddi qiymətini alacağına əmindir. Cənab Həsənov Azərbaycan hökumətinin ABŞ Dövlət Departamentinin bəynatını qəbul etdiyini deyib. Onun sözlərinə görə, baş verən xətalar aradan qaldırıldıqdan sonra seçkilər benyəlxalq standartlara tam uyğyun gələcək. Şöbə müdiri Azadlıq blokunun yüzdən çox seçki dairəsində seçkilərin nəticələrinin ləğvi ilə bağlı bəyanatını əsassız adlandırıb. Onun fikrincə, uduzan tərəfin həyəcanı başa düşülür və qanun daxilində onların etirazlarını bildirməsi üçün imkan yaradılacaq. Mərkəzi Seçki Komssiyası isə 9 saylı Binəqədi ikinci və 42 saylı Sumqayıt seçki dairəsində səsvermənin nəticələrini ləğv edib. Qurumun sədri Məzahir Pənahov bildirib ki, nəticələrin ləğvinə səbəb qanun pouznutularının seçki məntəqələrinin 40 fazindən çoxunu əhatə etməsidir. Cənab Pənahov MSK sabah da bir sıra seçki dairələrində seçkilərin nəticələrinin ləğvi ilə bağlı məsələyə baxacağını da bildirib. MSK həmçinin 31 saylı Suraxanı sçeki dairəsində 6 məntəqədə səvermənin nəticələrini ləğv edib. Məzahir Pənahovun sözlərinə görə, məntəqələrdə səsvermənin nəticələrinin ləğvindən sonra AXCP sədri Əli Kərimli səs çoxluğu qazanıb. O Azadlıq blokundan namizədliyi irəli sürülmüş, sabiq baş nazir Pənah Hüseynin də səs çoxluğu qazandığını bildirib. Cənab Pənahov artıq MSK-nin seçki pozuntuları ilə bağlı şikayətləri təhlil etdiyini və yaxın günlərdə prokurorluq orqanlarına göndəriləcəyini bildirib. Onun sözlərinə görə, məmur və ya seçki komissiyasının üzvlərinin hərəkətlərində qanun pozuntusu olarsa prokurorluq orqanları hüquqi qiymət verəcək. Azadlıq blokunun təsisçilərindən biri Müsavat partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, ATƏT-in ilikn bəyantına istinadə edərək seçkilərin nəticələrinin ləğvinin labüd olduğunu bildirib. Onun fikrincə, ATƏT-in müşahidə missiyası seçki məntəqələrinin 43 faizində seçkilərin qanun pozuntusu ilə keçirildiyini təsdiq edib. Cənab Qəmbər həmçinin Azadlıq blokunun namizədlərinin xalqın dəstəyini qazandığını bildirib. O hesab edir ki, hakimiyyətin bunu etiraf etməsi müsbət hərəkətdir və bu beş-on seçki dairəsini deyil yüüzədək dairəni əhatə edir. Müsavat başqanı Azadlıq blokunun deputat mandatı almış üzvlərinin məsələsinə baxmağa tələsmədiyini deyib.
XS
SM
MD
LG