Accessibility links

Azərbaycanın yeni seçilmiş parlamenti işə başlayıb


Azərbaycan Millli Məclisinin üçüncü çağırış birinci sessiyası işinə başlayıb. Milli Məclis 125 deputatdan ibarətdir. Seçkilərin nəticələrinə görə, 115 seçki dairəsi üzrə deputat seçilib. Parlamentdə 56 deputatla prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan partiyası çoxluqdadır. Müxalifətdə olan "Azadlıq" seçki bloku 6, "Milil Birlik" hərəkatı 1, "ÜeS" bloku 2, Vətəndaş Həmrəyliyi partiyası isə 2 deputatla təmisl olunur. Ana Vətən partiyası 2, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Sosial Rifah, Ümid, Böyük Quruluş və Demokratik İslahatlar partiyaları isə hər birinə bir deputat mandatı qazanıb. 41 deputat bitərfdir. Milli Məclisin ilk sessiyasında prezident İlham Əliyeuv iştirak edib, parlamentin sədri və sədr müavinləri seçilib. Çoxluqda olan Yeni Azərbaycan partiyasının təklifi ilə Oqtay Əsədov Milli Məclisin sədri, YAP-ı təmsil edən Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova isə müavin seçlib. Bitərəf deputaları sədr müavini kimi Valeh Ələsgərov təmisl edəcək. Cənab Əsədov bildirib ki, yeni dövrdə parlamentin üzərinə böyük vəzifə düşür və bunun üçün çevik idarəçilik mexanizmi tətbiq edilməlidir. Prezident İlham Əliyevin deputatlar qarşısında çıxışını isə bir növ hakmiyyətin növbəti dövrdə proqramının əsasları da adlandırmaq olar. Dövlət başçısı xarici siyasət kursundan tutmuş daxili problemlərədək görüləcək işlərdən danışıb. Cənab Əliyev yeni parlamentin seçilməsini ölkənin "sonrakı demokratik inkişafında" mühüm mərhələ adlandırıb və əvvəlki parlamentin işini müsbət qiymətləndirib. Prezidenti beynəlxalq birliyin seçkilərə böyük maraq göstərdiyini deyib. O Azərbaycanın hazırda seçiklərlə bağlı beynəlxalq təşkilatların tənqidini öyrəndiyini önə çəkib və bəzi təşkilatların mövqeyinin reallığı əks etdirmədiyini bildirib. Cənab Əliyev xarici siyasət kursununu dönməz olduğunu da bəyan edib. Onun sözlərinə görə, Azərbaycan Avroatlantika məkanına insteqrasiya yolundadır. Dövlət başçısı Azərbaycanın iqtisadi və siyasi islahatların paralel şəkildə davam etdiriləcəyini bildirib. Onun fikritncə, ölkədə azad cəmiyyət yaradılıması yolunda mühüm addımlar atılacaq. Prezident ölkədə inqilab olacağına ümid edəndlərəin əbəs düşündüyünü diqqətə çatdırıb. Onun fikrincə, Azərbaycanda inqilabı şərtəlndirən nə şərait, nə də sosial sifariş yoxdur. Cənab Əliyev ölkənin sürətli iqtisadi artımına da toxunub. «Gələn il dövlət büdcəsi 4 mlrd. dollar təşkil edəcək, ÜDM 23% artacaq, sənaye artımı isə 30% olacaq». Prezident Ermənistan-Azərbaycan münaqişəsinin həllini ən ciddi problem adlandırıb. Onun sözlərinə görə, sülh danışıqları üçün imkanlar hələ tükənməyib. Dövlət başçısı danışıqların Praqa prosesi çərçivəsində aparılmasını müsbət hal adlandırıb və Minsk Qrupunun fəaliyyətinin artıdığını deyib Dövlət başçısı Dağlıq Qarabağ məsələsində hər hansı güzəştin olmayacağını bir daha xatırladıb.Onun sözlərinə görə, Azərbaycanın əraziləri işğal olunub və əhalisi qaçqın vəziyətdə yaşayır. Parlamentin iclasına Azadlıq blokundan və Milli Birlik Hərəkatından seçilmiş deputatlar qatılmayıb və bu günki mətbuat konfransında AXCP sədri Əli Kərimli blokun nəticələri saxtalaşdırılmış seçkilərlə barışmayacağını bəyan edib. O Azadlıq blokunun təkrar seçkilərdə iqtirak etməyəcəyini də deyib. Müstəqil ekspertlər də yeni parlamentin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayacığına ümid bəsləmir. Onların fikrincə, yeni parlament də əvvəlki parlament kimi icra hakimyyətinin mövqeyini müdafiə edəcək. Turan agentliyinin siyasi eksperti Zəfər Quliyev. Sadə vətəndaşların fikirləri də maraq kəsb edir. Bakının küçlərində yeni parlamentin ölkənin həyatındakı rolu ilə bağlı keçirdiyim sorğuda iştirak edənlərin əksəriyyəti müstəqil ekspertlərin mövqeyində dayanır.
XS
SM
MD
LG