Accessibility links

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıda Cənub Dəhlizini müzakirə edir


Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Piter Semnebinin bu gün Azərbaycana səfəri başlayıb.
Cənab Semnebi bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Prezidentlə görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın cari vəziyyəti, Praqada keçirilmiş “Şərq Tərəfdaşlığı-Cənub Dəhlizi” sammitinin yekunları, regional sabitlik, enerji mövzusu ətrafında da müzakirələr aparıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinə toxunan cənab Məmmədyarov bildirib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe münaqişənin nizamlanmasını uzadır və münaqişənin həll edilməməsi regionda mövcud kövrək vəziyyəti daha da gərginləşdirə bilər.


XS
SM
MD
LG