Accessibility links

Azərbaycan prezidenti Qarabağ danışıqlarının gizli məqamlarını açıb


Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu nizamlanması prosesində son durumla bağlı ciddi bəyanatlarla çıxış edib.

O bu gün Bakının Ramanı qəsəbəsi yaxınlığında əsasən Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbənin açılış mərasimində ictimaiyyət qarşısındakı çıxışında danışıqların gizliliyini açıb.

Dövlət başçısı bildirib ki, danışıqlar on ildir aparılır və nəticəsi yoxdur. O danışıqların yenə də davam etdirilcəyini vurğulasa da, eyni zamanda Azərbaycanın işğal altında olan torpaqlarını hərb yolu ilə azad etməyə hər an hazır olduğunu da deyib.

Prezident Azərbaycanın erməni lobbisi ilə uğurla mübarizə apardığını bildirib. Onun sözlərinə görə, Azərbaycan erməni lobbisinin səylərinə baxmayaraq Ermənistanın bir daha işğalçı olmasının təsdiqinə nail olub. Yəqin ki, dövlət başçısı ABŞ Dövlət Deparatmentinin illik hesabatında Ermənistanın işğalı ilə bağlı paraqrafı yada salıb.

Cənab Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacağını bildirib. Onun fikrincə, erməni xalqı bir dəfə müqədaratını müəyyən edib. Prezident Azərbaycanın danışıqların gizliliyini heç zaman pozmadığını deyib.

O həm Ermənistanın, həm də Minsk Qrupunun nümayəndələrinin müxtəlif istiqamətlərdən bu gizliliyi pozduğunu, həqiəqətə uyğun olmayan versiylar yaydığını nəzərə alaraq danışıqların gedişini və Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb.

Dövlət başçısı hesab edir ki, Ermənistan tərəfi parlament seçkilərində istəyinə nail olmaq üçün danışıqlarda müzakirə olunan məsələləri öz xeyrinə təhrif edir. Cənab Əliyevin dediyinə görə, məcburi köçkünlər doğma yurdalarına qayıtdıqdan sonra Dağlıq Qarabağın siyasi statusu müəyyən oluna bilər. O Azərbaycanın münaqişə bölgəsinə beynəlxalq sülhməramlı qüvvələrin gətiirliməsinə razı olduğunu da bildirib.

Prezident Azərbaycanın Dağlıq Qrabağağın Ermənistanla quru vasitəsi ilə əlaqə saxlaması üçün Laçın dəhlizindən istfadəsinə razı olduğunu da bəyan edib.

XS
SM
MD
LG