Accessibility links

Mottəkinin Bakıya qəfil səfəri


Ötən şənbə Azərbaycan prezidenti İlham Əliyev İranın xarici işlər naziri Mənuçehr Mottəkini qəbul edib. AzərTAC agentliyinin məlumatına görə, tərəflər səfərin ikitərəfli münasibətlərin ümumi inkişafı və gələcək perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Diplomatik mənbələrin məlumatına görə, İranın xarici işlər nazirinin Azərbaycana səfəri cəmi bir neçə saat davam edib.

Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosuna bildirib ki, səfər zamanı Qafqazdakı son durumla bağlı fikir mübadiləsi aparılıb.

Cənab Məmmədov görüşdə İranın Nabucco layihəsinə qoşulması ətrafında danışılmadığını deyib. O eyni zamanda Nabucco layihəsinin reallaşması üçün Azərbaycanın üzərinə düşənləri yerinə yetirdiyini bildirib. Bununla yanaşı, şöbə müdiri qərb dövlətlərinin layihəni reallaşdırmağa cəhd etmədiyinə etirazını da ifadə edib.

Cənab Məmmədov Azərbaycan prezidentinin sabah Moskvaya bir günlük işgüzar səfərə gedəcəyini təsdiq edib. Onun sözlərinə görə, Azərbaycan prezidentini Rusiya prezidenti səfərə dəvət edib və regiondakı son proseslər ətrafında fikir mübadiləsi aparılacaq.


XS
SM
MD
LG