Accessibility links

Azərbaycan prezidenti yəhudi icmasına müraciət edib


Azərbaycan prezidenti İlham Əliyev yəhudi icmasına müraciət edib. Müraciətdə deyilir ki, İkinci Dunya müharibəsi zamanı yəhudi xalqı misli görünməmiş soyqırımı siyasətinə məruz qalmış, milyonlarla mülki əhali, o cümlədən qocalar, qadınlar, uşaqlar xüsusi amansızlıqla və kütləvi şəkildə məhv edilərək faşizmin qurbanı olub. «1943-cü ilin aprelində Varşava gettosunda saxlanan yəhudi məhbuslar faşizmə, etnik-dini ayrı-seçkiliyə qarşı üsyana qalxmış, qeyri-bərabər ölüm-dirim mübarizəsində öz milli mənliyi, insani ləyaqəti və şərəfi uğrunda canlarını fəda edib. Tarixdə Yəhudi xalqının müsibəti və qəhrəmanlığı günü kimi əbədiləşən bu hadisə hər il mütərəqqi dünya ictimaiyyəti tərəfindən ehtiramla qeyd edilir, soyqırımı qurbanlarının xatirəsi ürək ağrısı ilə yad olunur». Dövlət başçısı son iki əsrdə ermənilərin əli ilə törədilən soyqırımı, deportasiya, etnik təmizləmə kimi dəhşətli faciələri öz taleyində yaşamış Azərbaycan xalqı, harada törədilməsindən asılı olmayaraq, hər cür irqçiliyə, ayrı-seçkiliyə, o cümlədən antisemitizmə qarşı barışmaz mövqedə olmuş, belə milli fəlakətlərə biganə qalmadığını xatırladır. «Təsadüfi deyildir ki, 270 il bundan əvvəl milli-dini təzyiqlərə və zorakılığa məruz qalanda yəhudi xalqının bir qismi məhz Azərbaycan torpağına pənah gətirmiş və əmin-amanlığa qovuşub. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız Azərbaycanda dostluq və qardaşlıq şəraitində firavan həyat sürür, dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir».
XS
SM
MD
LG