Accessibility links

Rusiya seçkilərini Azərbaycan iqtidarı dəstəkləyir, müxalifət isə tənqid edir


Dünən Rusiya Dövlət Dumasına seçkilər keçirilib. Seçkilərin ilkin nəticələrinə görə, prezident Putinin başçılıq etdiyi «Yedinaya Rossiya» partiyası qələbə qazanıb. Rusiyada keçirilən seçkilər bir qayda olaraq qonşularla münasibətlərə yeniliklər gətirir. Bu baxımdan seçkilər Azərbaycanla münasibətlərə necə təsir edəcək? Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır və işləyir. Onlara münasibət necə olacaq? Bu suallara cavabı Azərbaycanın iqtidar və müxalifət partiyalarının təmsilçiləri, müstəqil politoqlarla birgə araşdırmışıq. İlk öncə rəsmi mövqe barədə. Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiya prezidentini qələbə münasibətilə təbrik edib. Təbrikdə deyilir ki, Rusiya xalqının seçkilərdə nümayiş etdirdiyi birlik, ölkənin aparıcı siyasi qüvvəsi olan “Yedinaya Rossiya” Partiyası ətrafında sıx birləşməsi Sizin nəzərdə tutduğunuz proqramların uğurla həyata keçirilməsi üçün etibarlı zəmin olacaq. Əminəm ki, Azərbaycan və Rusiyanın dövlətlərarası münasibətlərinin, mehriban qonşuluğun və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin tərəqqisinə, regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edəcək»-deyə cənab Əliyev qeyd edib. Azərbaycan müxalifəti Rusiya seçkilərinin İki ölkə arasındakı münasibətlərə hər hansı yenilik vəd etmədiyi fikrindədir. Onlar seçkilərin qeyri-demokratik keçirildiyini və avtoritarizmin bir qədər də gücləndiyini deyir. «Müsavat» partiyası başqanının müavini Qabil Hüseynliyə görə, seçkilər prezident Putinin hakimiyyət rıçaqlarını öz əlində daha da cəmləşdirməsinə xidmət etdi. İqtidarda olan «Yeni Azərbaycan» partiyası isə «Yedinaya Rossiya»nın qələbəsini dəstəkləyir. YAP icra katibinin müavini Mübariz Qurbanlı hesab edir ki, prezident Putinin partiyasının qələbəsi bu ölkənin Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara münasibətlərinə daha da mülayimlik gətirəcək. Müstəqil poltoloq Eldar Namazovun fikrincə, Rusiyadakı seçkilər nə avropalıların dediyi qədər çox pis, nə də rusiyalıların dediyi kimi çox yaxşı keçirilib. Onun qənaətincə, cənab Putin hələ seçkilərədək öz qələbəsini təmin edib.
XS
SM
MD
LG