Accessibility links

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin BMT-də müzakirəsi barədə razılığa gəlib


ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Amerikanın səsi radiosunun ABŞ hökumətinin vəsaiti hesabına Azərbaycanda parlament seçkiləri zamanı keçiriləcək exit-poll və bu tədbiri keçsirəcək PA şirkətinin yerli tərəfdaşlarına müxalifətin inanmaması barədə sualına cavab verib. Cənab Harniş bildirib ki, ABŞ PA Konstaltinq şirkətini seçməklə çox gözəl seçim edib. «PA şirkətinin tərəfdaş seçdiyi Gürcüstanın QORBİ təşkilatı on il ərzində dünyada gördüyü bir sıra işlərlə etimad qazanıb və tanınıb. Digər tərəfdaş Azərbaycanın "Sorğu" təşkilatının ünvanına ittihamlar səsləndirilməsi isə məsələnin düzgün başa düşülməməsi ilə bağlı ola bilər. "Sorğu" da QORBİ təşkilatı kimi bir sıra beynəlxalq təşkilatlar üçün, o cümlədən BBC üçün çox yaxşı tədqiqatlar aparıb və gəldiyi nəticələrlə fəxr edə bilər. Ola bilsin ki, ötən cümə "Sorğu"nun ünvanına ittihamlar səsləndirən adamlar bu təşkilatı "Proqnoz" təşkilatı ilə səhv salıb. Mən bu təşkilat barəsində məlumatlı olmadığımdan danışmaq iqtidarında deyiləm"-deyə o qeyd edib. Səfir hesab edir ki, keçiriləcək exit-roll səslərin kəmiyyəti baxımından daha mötəbər bir sorğu olacaq. "Bu məsələdə çox nikbinik. Əminik ki, PA təşkilatı çox təcrübəli sorğu keçirənlərdən istifadə edərək ölkə boyu mötəbər bir exitt-roll keçirməyə nail olacaq". Cənab Harniş hesab edir ki, Azərbaycanda hazırki şəraitdə beynəlxalq standartlara cavab verən seçkilər keçirmək mümkündür. «Mən Azərbaycana gəlmiş beynəlxalq müşahidəçilərin fikirləri ilə şərikəm. 1995-ci ildən dünyada seçki prosesini müşahidə edən Senator Luqar, keçmiş dövlət katibi Madlen Olbrayt, AŞ baş katibi Terri Devis bildirib ki, mövcud şərait beynəlxalq standartalara uyğun seçkilərin keçirilməsini mümkün edir. Şübhəsiz ki, ölkə rəhbərliyinin 11 may fərmanında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə iradəsi olmalıdır. Namizədlər və seçicilər də hüquqlarından istifadə edərək seçkilərdə fəal olmalıdır. ABŞ Azərbaycan xalqını və hökumətini fəal olmağa və seçkilərin beynəlxalq standartlara cavab verməsinə kömək etməyə çağırır". Səfir Ermənistan və Azərbaycan prezidentlərinin Kazan görüşü də daxil olmaqla apardığı danışıqları çox səmərəli və məhsuldar adlandırıb.
XS
SM
MD
LG