Accessibility links

Azərbaycan mediasında İranla bağlı daha çox məlumat dərc edilməlidir


Mediaforum.az saytının redaktoru Azər Qaraçənli İranda yaşayan azərbaycanlıların problemləri ilə bağlı məlumatların beynəlxalq və Azərbaycan mediasında az yayıldığını bildirib. Onun fikrincə, Azərbaycan oxucusunu İranın nüvə proqramından daha çox, orada yaşayan azərbaycanlıların problemləri ilə bağlı məlumatlar maraqlandırır.
Ekspert İranda hadisələr intensivləşəndə Azərbaycan mediasında daha çox məlumatın dərc edildiyini bildirir. “İran seçkiləri bir qayda olaraq Azərbaycan mətbuatının diqqətindədir. Amma İranda insan haqları ilə bağlı daha az məlumatlar dərc edilir. Azərbaycan jurnalistlərinin İrandan reportajlar hazırlaması hallarına isə az-az rast gəlinir”.
Cənab Qaraçənli İranda yaşayan azərbaycanlılarla bağlı daha çox “Amerikanın səsi” radiosundan məlumat alındığını deyib. Bu radioda yayılan məlumatlar yerli qəzetlərdə də dərc olunur.

XS
SM
MD
LG