Accessibility links

Amerika və Azərbaycan təhlükəsizlik və qarşılıqlı yardım məsələlərini müzakirə edib


Amerikanın Avropa və Afrika ölkələri üzrə Dəniz Piyada Qüvvələri Komandanı, general-mayor Treysi Qaret Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyasının üzvləri ilə görüşüb. General iyunun 23-dən 25-dək Azərbaycanda rəsmi səfərdədir.

Xanım Qaret Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası ilə əməkdaşlıq edəcəyini bəyan edib. “Sizin təşkilatınızın ilk dövrlərdə çətinlikləri olub. Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyası qadınların rolunun gücləndirilməsi, ədalət, perspektivlər və liderlik bacarıqlarının inkişafı üzrə təlimlərlə təmin edən Amerikanın “Bir Qadın Təşəbbüsü” layihəsi üzrə üç qalib ölkədən biri olub ”, - deyə o qeyd edib.

Qadın Hüquqşünaslar Assosiasiyası yaxınlarda ABŞ-ın “Bir Qadın Təşəbbüsü” layihəsi üzrə 96 000 dollar qarant alıb.

Azərbaycan Qadın Hüquqşünaslar Assosiasiyasının prezidenti Səbinə Qəhrəmanova isə Assosiasiyanın Azərbaycanda qadınlar arasında apardığı maarifləndirmə işlərindən danışıb. Onun sözlərinə görə, təşkilat Azərbaycanın bir neçə regionunda da qadınlara hüquqi məsləhətlər verir, monitorinq və araşdırmalar aparır.

General-mayor Treysi Qaret rəsmi səviyyədə görüşlər barədə də məlumat verib. O, “Amerikanın səsi” radiosunun sualının cavabında bildirib ki, yüksək hərbi rəhbərlərlə görüşlər keçirib. “Mənim əsas vəzifəm ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Azərbaycan da bu ölkələrin sırasına daxildir. Səfərim zamanı yüksək vəzifəli hərbiçilərlə təhlükəsizlik və qarşılıqlı yardım məsələlərini müzakirə etdik”, - deyə xanım Qaret qeyd edib.

XS
SM
MD
LG