Accessibility links

Qətər əmiri Azərbaycanda səfərdədir


Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ilə Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilib. Görüşdən sonra dövlətlərarasında iqtisadi - ticarət və aviadaşımaları əhatə edən beş sənəd imzalanıb. Dövlət başçıları mətbuat üçün hər hansı açıqlama verməyib. Bununla yanaşı, son dövrlər Azərbaycanın ərəb ölkələri, o cümlədən islam dünyası ilə əlaqələrinin intensivləşməsi şərhçilərin diqqət mərkəzindədir. Politoloq İlqar Məmmədov Azərbaycanın ərəb liqası dövlətləri və islai ölkələri ilə əlaqələrinin intensivləşməsini beynəlxalq təşkilatlarda onların dəstəyinə nail olmaq məqsədi daşıdığını bildirir. Onun fikrincə, bu daha çox Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələnin BMT səviyyəsində müzakirəsinə qayıdılacağına bir işarədir. Cənab Məmmədov Azərbaycanın islam dünyası ilə əlaqələrin intensivləşməsinin ticarət, turizmi və iqtisadi baxımdan o qədər də mühüm əhəmiyyət kəsb etmədyini diqqətə çatdırıb . Dinşunas İlqar Məmmədov da islam, o cümlədən ərəb ölkələrilə Azərbaycanın əlaqələrinin dini-humanizmi baxımından yenilik gətirməyəcəyinə əmindir. Onun fikrincə, humanizim dəyərlərinin formalaşması üçün ilk öncə vətəndaş institutları möhkəmləndirilməlidir.
XS
SM
MD
LG