Accessibility links

Azərbaycan əhalisinin cəmi 2,8 faizi qəzet oxuyur


Azərbaycan əhalisinin cəmi 2,8 faizi qəzet oxuyur. Bu barədə «Qəzetlər Konsorsiumu»nun rəhbəri Arif Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bir neçə qəzeti birləşdirən «Qəzetlər Konsorsiumu»nun sifarişi ilə Azərbaycanın 12 şəhərində və 15 rayonunda 1000 nəfər arasında keçirilən sorğunun nəticələri belədir. Sorğu ABŞ-ın Açıq Cəmiyyət instutunun maliyyə dəstəyilə aparılıb. Sorğunun ilk sualı «Siz qəzet oxuyursunuzmu?» olub və respondentlərin çox cüzi hissəsinin qəzet aldığı bəlli olub. Sorğuda iştitrak edənlər qəzet oxumamalarının səbəbəlrini də açıqlayıb. Onlar qəzetlərin maraqlı olmamasından və qane edici materiallar dərc etməməsindən şikayətlənib. «Qəzetlərdə çap edilən yazılara tələbat da dəyişib. Maraqlıdır ki, son dövrlər əhalini daha siyasi partiyalar çox da maraqlandırmır». Arif Əliyevin sözlərinə görə, oxucular analitik yazılara və təhillərə üstünlük verir. Sorğunun nəticələrinə görə, əhalinin gəlirləri artıdqca qəzet mətbuatına tələbat da artacaq. Elektron qəzetlərin çoxalması isə çap mətbuatını sıxışdırmayacaq. Arif Əliyev hesab edir ki, Azərbaycan mətbuatının elektron variantının əsas oxucuları xaricdə yaşayanlardır. «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı ölkədə qəzetlərin elektron variantının geniş oxucu kütləsi cəlb etdiyini önə çəkib. Onun fikrincə, elekron qəzetlərə gələcəkdə maraq daha da artacaq.
XS
SM
MD
LG